O, Allah və Allah bəndələrinin nicatı yolunda şəhid olmaqdan qorxmurdu, lakin biz İslam Respublikasında baş vermiş bu acı və ağır hadisədə onun qanının intiqamını almağı özümüzə vəzifə bilirik.
Bağışlayan və mehriban Allahın adı ilə
Həqiqətən, biz Allahınıq və ona tərəf də qayıdacağıq.
Əziz İran milləti!
Fələstinli olan şücaətli və görkəmli mücahid rəhbər cənab İsmayıl Haniyə gecə sübh çağına yaxın Allahla görüşə qovuşdu və əzəmətli müqavimət cəbhəsi əzadar oldu. Cinayətkar və terrorist sionist tejimi bizim əziz qonağımızı öz evimizdə şəhadətə çatdıraraq, qəlbimizi dağladı, lakin bunu etməklə özü üçün ağır bir cəza şəraiti yaratmış oldu.
Şəhid Haniyə illərdir ki, qiymətli canını şərafətli mübarizə meydanında göz ardına almış və şəhadətə hazır idi, həmçinin öz övlad və yaxınlarını bu yolda təqdim etmişdi. O, Allah və Allah bəndələrinin nicatı yolunda şəhid olmaqdan qorxmurdu, lakin biz İslam Respublikasında baş vermiş bu acı və ağır hadisədə onun qanının intiqamını almağı özümüzə vəzifə bilirik.
Mən İslam ümmətinə, müqavimət cəbhəsi və şücaətli və başıuca Fələstin millətinə, məxsusən də şəhid Haniyənin və onunla birgə şəhadətə çatan həmkarlarından birinin ailə üzvləri və yerdə qalan yaxınlarına başsağlığı verir, Allah-təaladan onların dərəcələrinin ucalmasını diləyirəm.
Seyid Əli Xamenei
31.07.2024