İraqın Baş naziri və onu müşayiət edən nümayəndə heyəti günorta saatlarından sonra 30.07.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Bu görüşdə Ayətullah Xamenei iraqlıların Ərbəin zəvvarlarını qarşılamasının heyrətamiz olduğunu vurğuladı:
"İraq xalqının çoxlu sayda Ərbəin zəvvarlarını qarşılaması və həmçinin İraq dövlətinin bu böyük mərasimin təhlükəsizliyini təmin etmək məqsədilə atdığı addımlar çox mühüm və heyrət doğuran bir işdir".
İnqilab Rəhbəri şəhid Rəisinin zamanındakı razılaşmaların yeni Prezidentin zamanında da davam etməli olduğunu qeyd etdi:
"Şəhid Rəisi dövründə İran və İraq arasında imzalanmış memorandum və sənədlər yeni gəlmiş Prezidentin zamanında da təqib olunmalı, həyata keçirilməli və razılaşmaların icra sürəti hər iki tərəfdən də artırılmalıdır".