HƏMAS-ın siyasi ofisinin rəhbəri cənab İsmayıl Haniyə və Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ziad Əl-Nəxalə və onları müşayiət edən nümayəndə heyəti bu çərşənbə axşamı günorta saatlarından əvvəl Rəhbər Ayətullah Xamenei ilə görüşüb danışıblar.
Bu görüşdə "Bu gün İslamın ən yüksək bayrağı Fələstin milləti və Qəzza əhalisinin əlindədir", - deyə İnqilab Rəhbəri buyurdu.
Qəzza əhalisinin müqavimətinin bərəkətindən danışan o Həzrət belə qeyd etdi:
"Qəzza əhalisinin müqaviməti sayəsində İslamın əvvəlkindən daha artıq geniş yayılması üçün şərait yaranmışdır".
Əqsa fırtınası hadisəsindən sonra dünyada İslama tərəf meyillənmənin əsas səbəbinə toxunan İnqilab Rəhbəri sözlərinə belə davam etdi:
"Hazırkı vəziyyətdə getdikcə İslama artan meyil Fələstin milləti və Qəzza əhalisinin müqavimətinin əzəmətindən xəbər verir".
Fələstin xalqına və müqavimət qüvvələrinə dua edən Ayətullah Xamenei belə vurğuladı:
"Müqavimətin əzəmət və şövkətinin ən əsas səbəbi Qəzza əhalisi və (İordan çayının) Qərb sahili sakinləridir və ümidvarıq ki, Fələstin milləti və müqavimət qüvvələrinə İlahi kömək, dəstək və bəşarətlər şamil olsun".