Ermənistanın Baş naziri Nikol Paşinyan və onu müşayiət edən nümayəndə heyəti çərşənbə axşamı günorta saatlarından əvvəl 30.07.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Ayətullah Xamenei Ermənistanla əməkdaşlığın daha sıx və öz qüvvəti ilə davam edəcəyini açıqlayıb:
"Biz ciddiyyətlə Ermənistanla əlaqələrin genişləndirilməsinin tərəfdarıyıq və iki ölkə arasındakı əməkdaşlıqlar əvvəlcədən tərif olunmuş mənafe əsasındadır. Bu əməkdaşlıqlar başqalarının siyasətlərini mülahizə etmədən öz qüvvəti ilə davam edəcəkdir".
İslam İnqilabının Rəhbəri Ayətullah cənab Paşinyanın Prezident cənab Pezeşkianın andiçmə mərasimində və həmçinin şəhid Rəisinin dəfn mərasimində iştirak etdiyi üçün ona təşəkkür etməklə yanaşı, Ermənistanın ərazi bütövlüyünün qorunmasını təkidlə vurğuladı və belə buyurdu:
"İran İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqda dayanıqlıdır".
İnqilab Rəhbəri daha sonra yadellilərin öllkələrdəki fəaliyyətlərinin öz zərərlərinə yekunlaşacağını qeyd etdi:
"Ölkələrin əmniyyət və mənafeyini təmin edən amil özünə və öz yaxınlarına söykənməkdir, o cümlədən uzaqdan gəlib başqa ölkələrin işlərinə müdaxilə edənlərin fəaliyyətləri öz zərərlərinə yekunlaşacaqdır".
O Həzrət 8 illik müharibədə İran ermənilərinin böyük rolundan söz açdı:
Təhmili (zorla qarşı tərəfi müharibəyə vadar etmək) döyüş zamanında İran erməniləri böyük bir rol ifa etdilər və mən şəxsən indiyə qədər ermənilərdən bir çoxunun evlərinə getmişəm.
Həzrət İsaya olunan təhqiri məhkum edən Ayətullah Xamenei sözlərinə belə davam etdi:
"İlahi dinlərin böyük şəxsiyyətlərinə, məxsusən də Həzrət Məsihə (əleyhissəlam) olunan təhqir bizim nəzərimizdə məhkumdur"