Tacikistan Prezidenti İmam Əli Rəhman və onu müşayiət edən nümayəndə heyəti çərşənbə axşamı günorta saatlarından əvvəl İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb söhbət ediblər.
Tacikistanın Prezidentinin Ayətullah Xamenei ilə görüşündə İnqilab Rəhbəri dil və ortaq cəhətlərə təkid edərək qeyd etdi:
"Fars dili İran və Tacikistanın mühüm ortaq cəhətlərindən biridir və bu dilin qorunub saxlanması və genişləndirilməsi və onu təcrid etmək üçün bəzi cəhdlərin qarşısının alınması üçün daha çox əməkdaşlıq edilməlidir".
O Həzrət İran və Tacikistan əlaqələrinin əleyhdarlarının olduğunu qeyd etdi və belə buyurdu:
"İran və Tacikistan əlaqələrinin genişlənməsinin əleyhdarları var. Onlarla mübarizə aparmaq üçün proqram olmalıdır".