İslam İnqilabının Rəhbəri bazar günü 28.07.2024-cü il tarixdə İran millətinin doktor Məsud Pezeşkiana verdiyi səsə uyğun olaraq onu prezidentliyə təyin etdi. Bu təsdiqin mətni bir neçə dəqiqədən sonra dərc olunacaq.
Bağışlayan və mehriban Allahın adı ilə
والحمدللّه رب العالمین و صلی اللّه علی محمد و آله الطاهرین سیما بقیةاللّه فی العالمین
Elmli və qadir Pərvərdigara şükürlər olsun ki, növbəti dəfə İslami olan İranı başıuca və əzəmətli İran millətinin simasını parlaq etdi. Tale yüklü imtahan sayılan prezident seçkiləri İran milləti və rəsmilərinin himməti ilə çətin bir şəraitdə aramlıq və mətinliklə sona çatdı və millətin seçdiyi şəxsiyyət böyük bir məsuliyyəti yerinə yetirmək üçün hazır oldu.
14-cü Prezident seçkiləri mərhum şəhid Prezidentin natamam qalan dövründən sonra İran millətinin iftixarlarından biri və İslam hökumətinin bərqərarlığının əlaməti, eləcə də ölkənin siyasi fəzasının ağıl və mətanət əsasında olduğundan xəbər verir. Dünyanın bəzi regionlarında bəzi oxşar sınaqlarda xoşagəlməz hallara (prezident dünyasını dəyişəndən sonra qısa bir zamanda seçkiləri həyata keçirmək kimi hallara) nəzər saldıqda görürük ki, (İranda seçkilərin müvəffəqiyyətli keçirilməsi) İran və iranlıların qabaqcıl olduğunun göstəricisidir.
İndi mən bu iftixarı yaratmaqda rolu olan hər bir kəsə təşəkkür etməklə və bu böyük millətin rəyinin ardınca onların seçdiyi görkəmli, sadiq, xalqmehvər və bilikli cənab doktor Məsud Pezeşkianı təsdiq edir və onu İslami olan İranın Prezidenti məqamına təyin edirəm. Onun müvəffəq olması üçün dua və səmimi arzularımla yanaşı xatırladıram ki, millətin seçimi və mənim təsdiq etməyim onun daimi İslam və inqilabın düzgün yolu ilə hərəkət etdiyi zamana qədər davamlı olacaqdır.
Allahın saleh bəndələrinə salam olsun
Seyid Əli Xamenei
28.07.2024