İslam İnqilabının Rəhbəri bazar günü 28.07.2024-cü il tarixdə İran millətinin doktor Məsud Pezeşkiana verdiyi səsə uyğun olaraq onu prezidentliyə təyin etdi. Bu təsdiqin mətni bir neçə dəqiqədən sonra dərc olunacaq.
Bu mərasimdə Ayətullah Xamenei seçkilərin ən yaxşı şəkildə baş tutmasını qeyd etdi:
"Allaha şükür edirik ki, 14-cü prezident seçkiləri mərhum şəhid prezidentimiz cənab Rəisinin itkisindən qaynaqlanan ümumi hüzn fəzasının mövcudluğu ilə yanaşı, ən yaxşı şəkildə baş tutdu".
O Həzrət seçkidən sonra seçilmiş Prezidentlə əxlaqi rəftarın təqdirəlayiq olduğunu söylədi:
"14-cü Prezident seçkiləri aram, sağlam və rəqabət, eləcə də seçkilərdən sonra rəqiblərin yeni seçilən Prezidentlə əxlaqi rəftarları çox təqdirəlayiq idi".
İnqilab Rəhbəri xarici siyasətdə bir sıra ölkələrin birinci sırada yer almalı olduğunu vurğuladı:
"Yeni dövlətin xarici siyasətində qonşu ölkələr, Afrika və Asiya ölkələri və bu illərdə istər BMT-də, istərsə də BMT-dən kənarda olan və bizi təzyiqlər müqabilində dəstəkləyən ölkələr birinci sırada yer almalıdır".
Ayətullah Xamenei Avropa ölkələrinin birinci sırada yer almamaqlarının səbəbinə toxunaraq bildirdi:
"Avropa ölkələrini xarici siyasətdə birinci sırada qeyd etməməyimin səbəbi budur ki, onlar sanksiya, neft və bu kimi məsələlərdə bizimlə pis rəftar etdilər. Əgər bu pis rəftarları olmasa, (xarici siyasətimizdə) birinci sırada olanlardan olacaqlar. Əlbəttə, bir neçə ölkə vardır ki, inadkar xarakterli rəftarlarını unutmuruq".
Daha sonra İnqilab Rəhbəri Fələstin və Qəzza məsələsinin ümumdünya məsələsi olduğunu qeyd etdi:
"Bir gün Fələstin məsələsi məhz müsəlman ölkələrinin məsələsi idi. Lakin bu gün Fələstin və Qəzza məsələsi ümumdünya məsələsidir. Amerika konqresinin daxilindən BMT və Paris Olimpiadasına qədər bu məsələ yayılmışdır".
O Həzrət sionist rejimin terrorist bir mafiya olduğunu bildirib belə buyurdu:
"Sionist rejim ən çirkin bir cinayətkar mafiya çöhrəsini özündə əks etdirir. Bunlar dövlət deyil, cinayətkar, qatil və terrorist bir mafiyadırlar".
"Sionist rejim terrorist və cinayətkar bir mafiyadır", - deyə İnqilab Rəhbəri vurğuladı.
Həzrət Ayətullah Xamenei qəsbkar rejimi tənqid atəşinə tutaraq belə qeyd etdi:
"Bu gün sionistlərin ağır bombaları bir güllə belə olsun, atmayanların, yəni beşikdə olan körpələrin, beş-altı yaşlı uşaqların və qadınların başına yağdırılır. Bomba bunların başlarına yağdırılır, axı, nə üçün?"
İnqilab Rəhbəri sionistlərin öz dedikləri hədəflərinə çatmadıqlarını vurğuladı:
"Sionistlərin elan etdikləri hədəf HƏMAS-ın kökünü kəsmək idi. Bu gün Fələstində Həmas, İslami Cihad və ümumilikdə müqavimət qüdrətlə dayanıqlıq göstərir. Müqavimətə heç nə edə bilmirlər, (ona görə də) Qəzzanın məzlum xalqının başına bomba yağdırırlar".
O Həzrət Amerika Konqresinin böyük bir rüsvayçılığa mürtəkib olduğunu bildirdi:
"Amerika Konqresi bu cinayətkarın nitqinə qulaq asmaqla özü üçün böyük bir rüsvayçılığa yol açdı. Bu, böyük bir rüsvayçılıqdır".
"Dünya #Qəzza hadisəsi qarşısında ciddi qərar verməlidir", - deyə bildirdi.