İslam Şurasının sədri və nümayəndələri bu gün bazar günü 21.07.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Bu görüşdə Ayətullah Xamenei Qəzza məsələsinə toxunaraq bildirdi:
"Qəzza məsələsi hələ də İslam dünyasının birinci məsələsidir".
O Həzrət Qəzza məsələsinin öz əhəmiyyətində qaldığını vurğuladı:
"İndi düzdür ki, aylar keçməsinə baxmayaraq, əvvəldə olan həyəcan bəzi şəxslərdə yoxdur, lakin həqiqət budur ki, ilk günlərdə Qəzza məsələsinə verilən əhəmiyyət bu gün daha da çox mövcuddur".
İnqilab Rəhbəri Amerikanın İsrailin arxasında dayanmağına baxmayaraq müqaviməti məğlub edə bilmədiklərini qeyd etdi:
"Müqavimət qüdrəti günbəgün daha çox özünü göstərir. Amerika kimi o əzəmətdə hərbi, siyasi və iqtisadi bir sistem qəsbkar sionist rejimin arxasında dayanmaqla bir müqavimət qrupu ilə döyüşürlər, lakin onları diz çökdürə bilmədilər".
Ayətullah Xamenei sionistlərin HƏMAS-ı niyə diz çökdürə bilməyəcəyini açıqlayaraq belə buyurdu:
"Sionistlər HƏMAS kimisini diz çökdürə bilmirlər, çünki müqaviməti diz çökdürə bilmirlər. İnsanların başına məktəbdə, xəstəxanada, habelə uşağa və qadına baxmayaraq bomba yağdırırlar. Ən böyük cinayət dünya insanlarının gözü qarşısında törədilir".