Prezident səlahiyyətlərini icra edən və 13-cü hökumət heyətinin üzvləri bu bazar günü 07.07.2024-cü il tarixdə günorta saatlarından əvvəl İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Bu görüşdə Ayətullah Xamenei şəhid Rəisinin səciyyəvi xüsusiyyətlərindən danışaraq belə buyurdu:
"Cənab Rəisi xalqmehvər idi. Xalqın arasında olmaqla həqiqətləri yaxından dərk edirdi. Onların sözlərini eşidir, ehtiyaclarını isə problemləri həll etmək məqsədi daşıyan proqramlarının mərkəzində saxlayırdı. Bu, İslamın istədiyi həmin məsələdir'.
O Həzrət Rəisinin ölkə daxilindəki imkanlara etiqadı olduğunu bildirdi:
"Cənab Rəisinin ölkə daxilindəki imkanlara sözün həqiqi mənasında etiqadı var idi. O bunu qəbul edirdi ki, biz ölkənin bir çox problemlərini daxili imkanlara söyləməklə həll edə bilərik".
İnqilaq Rəhbəri Rəisinin səciyyəvi xüsusiyyətləri barədə belə qeyd etdi:
"İnqilabi və dini mövqelərin bəyan edilməsində şəffaflıq şəhid Rəisinin başqa gözəçarpan məqamlarından biri idi. Əgər biz inqilabi mövqelərimizi şəffaf şəkildə bəyan etsək, filan insan, filan şəxsiyyət və ya filan dəstə narahat olacaq kimi məsələləri mülahizə etmirdi".
Ayətullah Xamenei Rəisinin mövqeyinin şəffaf olduğunu qeyd etdi:
"Şəhid Rəisi inqilabi mövqelərini özünün etiqad bəslədiyi kimi şəffaf bəyan edirdi. Verdiyi ilk müsahibədə ona filan ölkə ilə əlaqələr yaratmaq haqda sual verdilər: siz o ölkə ilə əlaqə yaradacaqsınız? O isə birbaşa olaraq xeyr cavabı verdi".
Daha sonra o Həzrət Rəisiyə istirahət etməyi tövsiyə etdiyini bildirdi:
"Dəfələrlə cənab Rəisiyə bir qədər istirahət etməyi tövsiyə edirdim. O isə həmişə deyirdi ki, mən yorulmuram. Həqiqətən də, yorulmurdu və bu da insanı təəccübə gətirirdi. Gecə yarısı xarici səfərdən qayıtdı və səhər çağı Kərəc şəhərində xalqla ümumi görüşü oldu".
İnqilab Rəhbəri Rəisinin qarşılıqlı anlaşma və izzət siyasətindən söz açaraq belə buyurdu:
"Qarşılıqlı anlaşma və izzət cənab Rəisinin xarici siyasətində olan iki xüsusiyyət idi. Avropanın hər hansı bir prezidenti ilə bəzən bir saat yarım telefon danışığı aparırdı. Lakin nə çox kəskin və uzaqlaşdırıcı formada danışırdı, nə də yersiz imtiyaz verirdi".
Ayətullah Xamenei cənab Rəisinin əziyyətlərə rəğmən, işdən soyumadığını vurğuladı:
"Cənab Rəisinin gözəçarpan məqamlarından biri də dil yaralarından məyus olmaması idi. Bundan əziyyət çəkirdi və bəzən də mənim yanımda şikayət edirdi. Buna rəğmən, məyus olmurdu və iş görməkdən soyumurdu".
O Həzrət sözlərinin davamında Rəisinin müxalif olanlarla da yola gedən biri olduğunu qeyd etdi:
"Cənab Rəisi təvazökar, dözümlü və səbirli idi. İstər nəzərdə olsun, istərsə də meydanda əməli ixtilafa gətirib çıxaran nəzəri ixtilafı olan kəslərlə yola gedən bir şəxs idi".
İnqilab Rəhbəri Rəisinin zikr, təvəssül və dua əhli olduğunu qeyd etdi:
"Mərhum cənab Rəisi zikr, təvəssül və dua əhli idi. (Mənəviyyat yolunda) göz yaşı tökən, qəlbi nurani biri idi və insana nicat verən, onu irəli aparan amillər də məhz bunlardır".