İranın bir qrup yüksək istedada malik şəxsləri və medal qazanmışları bu gün günorta saatlarında İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei cavanların ölkə üçün sərvət olduğunu qeyd etdi:
"Siz cavanlar ölkə üçün bir sərvətsiniz. Medalın əhəmiyyət daşıdığı və varlıların sözü ilə desək, bir dəyərə sahib olmasına rəğmən, yüksək istedada malik olmağın dəyəri medalın dəyərindən çox fərqlənir. Yüksək istedada malik olmanların dəyəri bu deyilənlərdən çox üstündür".
O Həzrət İslam Respublikasının dünyada deməyə sözü olduğunu bildirdi:
"İran İslam Respublikası dünyanın ümumi məsələlərinə nisbətdə məntiqə və sözə sahibdir. Bizim Fələstin hadisəsində, Amerika hadisələrində və dünyanın yeni nizamı mövzusunda deyəcək sözümüz vardır. Bizim (bütün bunlar haqda) sözümüz vardır və dünya bunun üzərində hesab açır. Bu, İstiqlaliyyət deməkdir".
İnqilab Rəhbəri seçkilərdə seçiləcək prezidentin siyasi İstiqlaliyyəti hifz etməli olduğunu vurğuladı:
"İrəlidən gələn seçkilərdə iş başına gələn hər bir dövlətin ən zəruri məsələləri ölkənin siyasi İstiqlaliyyətini hifz etmək olmalıdır".
Ayətullah Xamenei seçkilərdə inqilabi namizədə səs verməyi cavanlara tövsiyə etdi:
"Seçkilər çox mühümdür. Siz cavanlar görün ki, kimin inqilabın meyarları istiqamətində iş görmək bacarığı vardır. Əgər buna diqqət etsəniz, ola bilsin, yaxşı bir namizəd seçə bildiniz".