İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 10. 05.2024-cü il tarixdə Həzrət Məsumənin (s.ə) mövlud günü Tehranda Şura Məclisinin 12-ci dövr seçkilərinin ilk dəqiqələrində İmam Xomeyni hüseyniyyəsində elektronik şəkildə təşkil olunan bu seçki mərhələsində iştirak edib.
İslam İnqilabının Rəhbəri seçkilərdə iştirakdan sonra seçkilərin birinci və ikinci mərhələsi arasında heç bir fərqin olmadığına işarə edərək belə vurğuladı:
"İkinci mərhələ seçkilərin əhəmiyyəti birincidəkindən heç də az deyil və xalq seçkilərin bu mərhələsində iştirak etməklə məclisin üzvlərini təkmilləşdirsinlər".
İslam İnqilabının Rəhbəri seçkiləri xalqın iradə və qərar verməsi hesab edib buyurdu:
"Ölkənin inkişafını və onun böyük məqsədə yaxınlaşmasını ürəkdən istəyən hər bir kəsin milli vəzifəsi seçkilərdə iştirak etməkdir".
Həzrət Ayətullah Xamenei xatırlatdı:
"Rəy nə qədər çox yığılarsa, Məclis bir o qədər güclü olacaq və Məclis də nə qədər güclü olarsa, ölkədə iş potensialı da bir o qədər artıq olacaqdır".