Əzəmətli İbrahimi Həcc mərasimi ərəfəsində bir qrup Həcc ziyarətinin məsul rəsmiləri, təşkilatçıları və Allah evinin ziyarətçiləri Ayətullah Xamenei ilə görüşdülər.
Ayətullah Xamenei bu görüşdə bu ilin Həccinin düşmənlərdən bezarlıq Həcci olduğunu qeyd etdi:
"Həzrət İbrahimin (əleyhissəlam) bizə verdiyi təlimlərə əsasən, builki Həcc düşmənlərdən bezarlıq Həccidir. (Builki Həcc) Qəzza cinayətini işə salan Qərb sivilizasiyasından doğan qaniçənlərdən bezarlıq etməkdir".
O Həzrət Allah evinin zəvvarlarının vəzifəsinin nə olduğunu bildirərək belə buyurdu:
"Builki Həcc ziyarətində (düşmənlərdən) bezarlıq etmək həmişəkindən daha aydın görünür. İstər iranlı, istərsə də dünyanın hər tərəfindən olan qeyri-iranlı mömin zəvvarlar bu Quran məntiqini bütün İslam dünyasına çatdırmağı bacarmalıdırlar. Bu, vəzifədir".
İnqilab Rəhbəri Həzrət İbrahimin (ə) iki müxtəlif qrup ilə müxtəlif rəftarından söz açaraq qeyd etdi:
"Həzrət İbrahim (əleyhissəlam) düşmənçilik etməyən kafirlərə yaxşılıq etməyin tərəfdarıdır, lakin başqa bir yerdə isə insanları qətliam edən, onları evlərindən və öz diyarlarından çıxaranlardan bezarlıq edir. Belələrinin bugünkü nümunəsi kimlərdir? Sionist, Amerika və onlara kömək edənlər".
O Həzrət Qəzza qətlində əli olanlarla dostluq etmək olmayacağını vurğuladı:
"Əgər Amerikanın köməyi olmasaydı, sionist rejimin qadın, kişi və uşaqla bu cür vəhşicəsinə rəftar etməyə gücü çatardı? Bu qətldə birbaşa əli olan və bu qətlə dəstək verənə qarşı dostluq əli uzatmaq olmaz. Kim bunlara dostluq əli uzadırsa, zalımdır".
İnqilab Rəhbəri bu gün müsəlman xalqlar və dövlətlərin vəzifəsinin Qəzzaya kömək etmək olduğunu bildirdi:
"Bu gün Fələstinin dəstəyə ehtiyacı vardır. İran İslam Respublikası bu məsələdə onu-bunu gözləmir və gözləməyəcəkdir də. Lakin müsəlman millət və dövlətlərin güclü əlləri həmkarlıq edərsə, bunun təsiri daha da çox olacaqdır. Bu bir vəzifədir".