İranda Milli Əmək və Zəhmətkeşlər Həftəsi münasibətilə bütün ölkə boyu bir qrup işçi İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei zəhmətlərinə görə işçilərə təşəkkür etdiyini bildirdi:
"Mən işçilərimizin zəhmətləri, onların nəcibliyi və işçi cəmiyyətinin himmətinə görə onlara səmimi-qəlbdən təşəkkür edirəm. Dildə təşəkkür etmək kifayət etməsə də, (yenə də) lazımdır".
O Həzrət İslamın işçiyə və əməyə verdiyi dəyərdən söz açaraq bildirdi:
"Maddi dünyada işçiyə şurup, bolt və maşın kimi bir vasitə olaraq baxılır. İslamda isə belə deyildir. İslamın fəhləyə baxışı və ona verdiyi dəyər İslamın o əməyə verdiyi dəyərdən irəli gəlir".
İnqilab Rəhbəri İrana olan sanksiyaların əsas səbəbini bəyan etdi:
"Biz illərdir ki, Amerika və Avropanın kəskin sanksiyaları ilə üz-üzəyik. Bu sanksiyaların hədəfi nədir? Yalandan deyirlər ki, bu, nüvə silahı və bəşər hüququna görədir. Xeyr, bunlar deyil. Terrorizmi dəstəklədiyinə görə İrana sanksiya tətbiq edirlər. Onların gözündə terrorist kimdir? Qəzza əhalisi".
Ayətullah Xamenei ABŞ və Avropanın Qəzza əhalisinin terrorist olduğunu bildirdi:
"Qəzza əhalisi ABŞ və Avropanın gözündə terroristdir. Xəbis, qondarma, qəsbkar və rəhimsiz bir dövlət 6 aya yaxın bir zamanda bir neçə min nəfəri uşaq olmaqla qırx minə yaxın insanı qətlə yetirirlər və onlar terrorist olmur, lakin onların bombardmanları altında qalan xalq isə terroristdirlər".
O Həzrət əsil terroristlərin Qəzzanı bombardman edənlər olduğunu qeyd etdi:
"Sionist rejim gəlib qarşı tərəfin əkin sahələri və yaşayış evlərini orada şəhərcik salsın deyə buldozerlə məhv edir və fələstinli də ondan zorla alınmış evini müdafiə edir. O, terroristdir? Terrorist bunları bombardman edən kəslərdir".
"Qəzza əhalisini bombalamaqla sionist rejimin yaratdığı faciə nəticə verməyəcəkdir", – deyə İnqilab Rəhbəri buyurdu.
Ayətullah Xamenei bütün dünya əhalisinin fələstinliləri dəstəklədiyini vurğulayaraq buyurdu:
"Deyirlər ki, siz nə üçün Fələstini dəstəkləyirsiniz? Bu gün bütün dünya Fələstini dəstəkləyir. Avropa küçələrində, Vaşinqton və Nyu-Yorkda xalq #Fələstini dəstəkləyirlər".
İnqilab Rəhbəri dünya əhalisinin niyə müqaviməti dəstəklədiyini bəyan etdi:
"Qərb dövlətləri müqavimət cəbhəsinə terrorist deyirlər. Bir halda ki, xalq Amerika küçələrinin birində Hizbullah bayrağını göyə qaldırdı. Dünya əhalisi bunları dəstəkləyir. Çünki bunlar müqavimətçi və zülmə qarışdırlar".