Bu görüşdə Ayətullah Əl-Üzma Seyid Əli Xamenei Qəzza mövzusunda hamının məsuliyyət daşıdığını vurğuladı:
"Hamımız Qəzza mövzusunda məsuliyyət daşıdığımızı hiss etməliyik".

O Həzrət İslam dünyasında dəyişikliyin baş verməkdə olduğunu qeyd etdi:
"Fələstin məsələsinin London, Paris və Vaşinqtonda birinci məsələyə çevrilməsi kiçik bir şey deyil. Bu görülməmiş bir hadisədir. Məlum məsələdir ki, İslam dünyasında yeni bir dəyişiklik həyata keçməkdədir".

İnqilab Rəhbəri hər hansı ölkənin sionist rejimə kömək etdiyi təqdirdə bu işin öz ölkələrinin dağılmasına səbəb olacağını bildirdi:
"Fələstin hadisəsində müsəlman dövlətlərin sionist rejimə kömək etməsi təəssüf doğurucu bir haldır. Sionistlər bir ölkəyə daxil olan zaman ağcaqanad kimi o ölkənin qanını öz xeyirlərinə sovururlar. Sionist rejimə kömək etmək özlərinin də məhv olmalarına kömək etmək deməkdir".

Ayətullah Xamenei yenidən müsəlman dövlətlərin sionist rejimlə əlaqələrini kəsməyini vurğulayaraq buyurdu:
"Müsəlman dövlətlər sionist rejimlə iqtisadi və siyasi əlaqələri, ən azı, müvəqqəti olsa da, dayandırsınlar! Nə qədər ki bu cinayətlər baş verir, (sionistlərlə) əlaqələr kəsilsin və onlara kömək olunmasın"

O Həzrət müsəlman xalqlar arasında referendum keçiriləcəyi təqdirdə qəsbkar İsrail rejimi ilə əlaqələrin kəsilməsinin tərəfdarı olduqlarını qeyd etdi:
"İslam ölkələrinin sionist rejimlə əlaqələrinin kəsilməsi təkcə bizim deyil, eyni zamanda müsəlman millətlərin də gözləntisidir. Əgər müsəlman ölkələrində bu haqda referendum keçirilsə, heç şübhəsiz, nəzər verərlər ki, dövlətləri əlaqələri kəsməlidirlər".