İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin imamlığı ilə çərşənbə günü 10.04.2024-cü il tarixdə Tehranda İmam Xomeyni müsəllasında Fitr bayramı namazı qılınıb.
Bu görüşdə Ayətullah Xamenei bütün müsəlmanları Fitr bayramı münasibətilə təbrik edərək buyurdu:
"Mübarək Fitr bayramı münasibətilə bütün İslam ümməti və əziz İran millətini təbrik edirəm".
İnqilab Rəhbəri Ramazan ayında müsəlmanların qəm-qüssəyə boğulduğunu xüsusi olaraq vurğuladı:
"Bu il Ramazan ayında Qəzzada baş verən qanlı hadisələr dünya müsəlmanlarını qəm-qüssəyə boğdu".
Qəsbkar sionist rejimə lənət oxuyan o Həzrət belə qeyd etdi:
"Qəsbkar sionist rejimə Allahın lənəti olsun ki, Ramazan ayında nəinki qadınları, uşaqları və müdafiəsiz xalqı qətliam etməkdən əl çəkdi, əksinə, daha da şiddətləndirdi".
İnqilab Rəhbəri sözlərinin davamında sionist rejimin İran konsulluğuna hücumuna görə tənbeh olunacağını bildirdi:
"Sionist rejim İranın Suriyadakı konsulluğuna hücum etməklə sanki torpağımıza hücum edib. Xəbis rejim səhv etdi, tənbeh olunmalıdır və olunacaqdır".