Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti bu gün 28.03.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının Baş katibinə sionist rejiminin uğursuzluğunun İlahi bir hadisə olduğunu qeyd etdi və buyurdu:
"Qəzza və Fələstin əhalisinin izzət və müqavimətinin zirvəsi və bu altı aylıq döyüşdə sionist rejimin uğursuzluğu İlahi bir hadisə idi".
İnqilab Rəhbəri sionist rejimin müqavimətlə mübarizə edə bilməyəcəyini vurğuladı:
"Sionist rejimin bu qədər hərbi texnika və dünyanın zalım qüdrətlərinin dəstəyi ilə qadın və uşaqları qətlə yetirməsi bu rejimin müqavimət qüvvələri ilə mübarizə aparmağa və onları məğlub etməyə qadir olmadığını göstərir".
"Qəzza bu ana qədər meydanın qalibidir",- deyə o Həzrət bildirdi.
Ayətullah Xamenei yekun qələbənin hasil olacağı və düşmənin də məğlubiyyətə uğrayacağını qeyd etdi:
"Sizlər Allahın fəzli ilə Qəzza əhalisinin yekun qələbəsinin şahidi olacaqsınız".