Ayətullah Xamenei bu görüşdə Fələstin xalqının öz səbri və müqaviməti ilə İslama izzət bəxş etdiyini bildirdi:
"Qərbin tam dəstəyi ilə həyata keçirilən #Qəzza xalqının sionist rejimin cinayət və vəhşiliklərinə qarşı tarixi səbri İslama izzət bəxş edən böyük bir hadisədir".
O Həzrət dünyanın birinci dərəcəli məsələsinin Qəzza məsələsi olduğunu qeyd etdi:
"Qəzza əhalisinin böyük səbr məsələsi Fələstin mövzusunu düşmənin istəyinin əksinə olaraq, dünyanın birinci dərəcəli məsələsinə çevirdi".
İnqilab Rəhbəri İran İslam Respublikasının Qəzzaya dəstək verməkdə heç bir tərəddüdə yol verməyəcəyini vurğuladı:
"İran İslam Respublikası Fələstin hadisəsinə və Qəzzanın məzlum və müqavimətçi əhaslinə dəstək mövzusunda özündə heç bir tərəddüdə yol verməyəcəkdir".
Şəhid Saleh Əl-Arurinin şəhadətə yetişməsinin onun mücahidliyinin mükafatı olduğunu bildirdi:
"Möhtərəm Şəhid Saleh Əl-Arurinin ömrünün mübarək şəhadətlə sonlanması Uca Allahın onun göstərdiyi mücahidliyinə verdiyi mükafat idi".