Bir qrup şair və fars ədəbiyyatı müəllimləri 25.03.2024-cü il tarixdə Əhli-beyt kərimi olan Həzrət İmam Həsən Müctəbanın (ə) mövlud axşamı məğrib namazından öncə Həzrət İmam Xomeyni hüseyniyyəsində İnqilab Rəhbəri ilə görüşdülər.
Bu görüşdə gənc və əməkdar şairlərdən 40 nəfəri öz surudlarını oxudular. Ayətullah Xamenei şeiri media savaşında mühüm və effektiv bir media adlandıraraq buyurdu:
"Bu sahədə nadir miras sayılan fars ədəbiyyatı və şeirindən qüdrətli, effektiv və təsiredici bir media ünvanında ən gözəl şəkildə istifadə olunmalıdır".
İnqilab Rəhbəri şeirin effektiv və qalıcı olmasının şərtinin onun mesajının münasib və faydalı seçilməsində görür və bu barədə buyurur:
"Şeir mediası "Din və əxlaq", "Sivilizasiya" və "İrana məxsus maarif" mesajını ötürməlidir".
O Həzrət sözlərinin davamında belə qeyd etdi:
"İran xalqının dünya hegemonlarının zülmü və istəklərində həddi aşmağını və onun təzahürü olan Amerika və sionistlər qarşısında şücaətli müqavimət mövqeyini mühüm imtiyaz və ötürülə bilən mesajlardan hesab edib".
Ayətullah Xamenei başqa bir xüsusda belə qeyd etdi:
"İran millətinin müqavimət, hegemonlar müqabilində açıq-aşkar və mülahizə etmədən mövqe sərgiləmək mesajı çox zəruri və dünya əhalisi üçün şövqləndiricidir. Bu mövqelərin nümunələrini müxtəlif İran prezidentlərinin xarici səfərləri və onların ictimai yığıncaqlarda etdiyi söhbətlərdə mövcud olduğunu görə bilərsiniz".
İnqilab Rəhbəri şair və fars ədəbiyyatı mütəxəssislərinə etdiyi tövsiyəsində belə buyurdu:
"Yaxşı şeir dünyanın ictimai rəyinin istifadəsinə verilməlidir, buna görə də tərcümə hərəkatı icad edilməlidir ki, şeirlər poetik, müxatəbin başa düşəcəyi və güclü nəsrlə başqalarının ixtiyarında olsun". Bu görüşün əvvəlində oxunan şeirlərdən bir neçəsi də İmam Həsən Müctəba (ə), İmam Zaman (ə), Qəzza əhalisi və məxsusən də qadın və uşaqların vəsfi, "Ata və ana" -nın mədhi və həmçinin siyasi-ictimai mövzularda idi.