İslam İnqilabının Rəhbəri öz seçki vərəqəsini seçki qutusuna atdıqdan sonra İran millətinə iki tövsiyə etdi:
"Birincisi, yaxşı işlərdə qabağa keçin və (seçkilərin) ilk saatlarında öz seçki vərəqənizi seçki qutusuna atın və ikincisi isə, bütün seçki məntəqələrində lazım olan sayda səs verin, az deyil".

Həzrət Ayətullah Xamenei İran millətinə müraciətində buyurdu:
"Bilin ki, dünyada bir çox insanların və siyasi mövqeyə sahib şəxsiyyətlərin gözləri İrana dikilib, buna görə də dostları sevindirib, bədxahları da naümid edin".

İslam İnqilabının Rəhbəri, o cümlədən hələ də seçkilərdə iştirak etməyə görə tərəddüd edən kəslər barədə verilən suala cavab olaraq İranın böyük şairi Hafizin şeirinə işarə edərək buyurdu:
"Xeyir bir işdə istixarəyə heç bir ehtiyac yoxdur".

O Həzrət Allah-təaladan bunu dilədi:
"Seçkilər günü İran milləti üçün mübarək bir gün olsun və seçkilər təqdirə layiq bir həddə yetişsin və İran millətinin xeyri ilə nəticələnsin".