İran İslam Respublikasının 40-cı Beynəlxalq Qurani-Kərim müsabiqəsinin iştirakçıları 22 fevral 2024-cü ildə cümə axşamı səhəri İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Bu görüşdə Ayətullah Əl-Üzma Seyid Əli Xamenei Quranın hidayətindən danışaraq buyurdu:
"Quran hidayət kitabıdır və bizim hamımızın da hidayətə ehtiyacımız vardır. Quran xəbərdarlıq kitabıdır. Yəni istər bu dünyada, istərsə də axirətdə bəşəri təhdid edən xətərlərə nisbət xəbərdarlıq".
Quranın bəşərin dərdlərinə dərman ola biləcəyini bildirən o Həzrət belə qeyd etdi:
"Quran bəşərin dərdlərinə dərman olan kitabdır; istər mənəvi, ruhi, fikri dərdlər olsun, istərsə də bəşər cəmiyyətlərinin dərdləri və müharibələr, zülmlər və ədalətsizliklərdən qaynaqlanan dərdlər. Quran bunların dərmanıdır".
İnqilab Rəhbəri müsəlman rəhbərləri Qurana əməl etməməkdə təqsirləndirərək buyurdu:
"İslam dünyasında çoxlarının Quranla ünsiyyəti yoxdur və bu, acı bir həqiqətdir. Müsəlman ölkə başçıları Qəzza (hadisəsi) zəminində Quranın təliminə əməl edirlərmi? Quran bizlərə buyurur: "Möminlər kafirləri möminlərin yerinə başçı götürməməlidirlər." Qəzza barəsində bu ayəyə əməl edilirmi?"
Ayətullah Xamenei İslam ölkələri rəhbərlərinin sionist rejimlə əlaqələri kəsməyini vurğulayaraq buyurdu:
"Nə üçün İslam ölkələri başçıları qatil və xəbis sionist rejimlə öz əlaqələrini, kömək və dəstəklərini kəsməyi aşkar şəkildə elan etmirlər? Quran buyurur: "Mənim və özünüzün düşmənlərinizi özünüzə dost tutmayın". Bu ayəyə əməl olunurmu? Quran buyurur: "Kafirlərə qarşı şiddətli olarlar". Bu kəskin reaksiya (zahirdə) göstərilirmi?"
O Həzrət dünya insanlarının Qəzzaya görə əzadar olduğunu bildirdi:
"Mütləq, İslam dünyası və azadlıqsevər qeyri-müsəlmanlar bu gün Qəzzaya görə əzadardır. Qəzza əhalisi o kəslərin zülmünə məruz qalıblar ki, onların insanlıqdan zərrə qədər payları yoxdur".
Sionist rejimə dəstəyin dayandırılmasının zəruriliyinə toxunan İnqilab Rəhbəri buyurdu:
"Bu gün ən zəruri iş budur ki, qəsbkar sionist rejimə dəstəklər dayandırılsın və Qəzza əhalisi, Fələstin xalqı və Fələstin müqavimətinə mümkün olan hər növ dəstək və köməklik olunsun".
O Həzrət Fələstindəki müqavimətin Qurana əməl etdiyini bildirdi:
"Bu gün Qəzza və Fələstin daxilində müqavimət qüvvələri Qurana əməl edirlər. Müqavimət Qəzza daxilində düşmən müqabilində müqavimət göstərir. Quran bu haqda buyurur: "Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə, əlbəttə, tam qadirdir".