Luristan Vilayətinin Şəhidlər Konqresinin üzvləri bu gün səhər 25.10.2023-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində iştirak edərək Həzrət Ayətullah Xamenei ilə görüşüblər
Bağışlayan və mehriban Allahın adı ilə
الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین
Xoş gəlmişsiniz. Əziz bacı və qardaşların, məxsusən də möhtərəm, dəyərli və əziz şəhid ailələrinin hər birinə ayrı-ayrılıqda xoş gəldin deyirəm. Müxtəlif əyalət və şəhərlərdə adət halına düşən və yerinə yetirilən ən yaxşı işlərdən biri şəhidlərin anılması, onların xatırlanması və anım məclisləridir. Lazımlı bir işi yerinə yetirdiniz. Əlhəmdulillah, bu iki-üç ildə məşğul olduğunuz iş lazımi işdir, lakin, nəzərimcə, bu işə gec başlandı. Yəni Luristan belə xüsusiyyətləri və çox olan dəyərləri olmaqla yeri vardır ki, şəhidlərin anım mərasimləri bundan çox öncə baş tutardı. Xülasə, indi də qənimətdir. Gördüyünüz işdə, inşallah, müvəffəq olasınız. Mən bu toplumun gördüyü işləri (bura gəlməmişdən öncə) çöldə mülahizə etdim və gördüm ki, görülən işlər (kitab hazırlanmasından müxtəlif işlərə qədər) dəyərli və yaxşı işlərdir. Möhtərəm imam-cümə və SEPAH-ın komandiri cənablarının bəyanatları məsələnin əsas mahiyyətini və işlərin hədəfinə diqqətdən xəbər verir. İnşallah, müvəffəq olasınız.
Mən bir mətləb Luristan və Lur qövmü haqqında qeyd edim və o da (bu qövmün) üstün səciyyələrə sahib olmasıdır. (Luristanın) görkəmli şəxsiyyətləri və (bu qövmün) müxtəlif təbəqələri ilə söhbət və münasibətim olduğu qədər (deyə bilərəm ki) bu toplumda başqa xüsusiyyətlərdən üstün iki xüsusiyyət mövcuddur. Bir xüsusiyyəti şücaət və mərdanəlikdir. Harada olmaqlarından asılı olmayaraq, həm döyüş meydanında, həm öz əqidəsini bəyan etməkdə, həm də müxtəlif ictimai sahələrdə Luristan əhalisinin şücaət və mərdanəliyi vardır. Şücaətli və mərdanə xalqdırlar. Mənim nəzərimdə üstün olan o biri xüsusiyyət də dostluq, sədaqət və vəfadarlıq məsələsidir. Lur əhalisi arasında, insafən, bu xüsusiyyət üstündür. Onlarla olan şəxsi ünsiyyətlərimdə (əlbəttə, bir miqdarını eşitmişəm, lakin özüm də təcrübə etmişəm), bu iki xüsusiyyəti o biri üstün xüsusiyyətlərlə yanaşı (yaxından) hiss etmişəm. Mərhum ağa Seyid Həsən Tahiri Xürrəmabadi, şəhid Seyid Fəxrəddin Rəhimi, mərhum ağa Seyid Cəfər Şəhidi (doktor Şəhidi), şəhid Burucerdi kimi əxlaq, rəftar, düşüncə və yaşayış tərzini yaxından gördüklərimiz, insafən, üstün və görkəmlidirlər. Yaxud mərhum cənab Hacı Ruhullah Kamalvəndiyə gəldikdə isə, biz onun şəxsiyyətini müəyyən bir müddətdə yaxından müşahidə etdik və bir çoxunu da eşitmişik. Mənim yadımdadır ki, 1963-cü ildə İmam Xomeyni (r.ə) Tehranda ev dustağı idi və Qumda da inqilabi ruhiyyə və hərəkat bir qədər zəifləmişdi, mərhum Hacı Ruhullah Kamalvənd Quma gəldi və biz də bir neçə nəfər onun görüşünə getdik ki, ondan bir hərəkətlənmə yaratmasını istəyək. Yəni bu mərhum belə bir tutuma malik idi və alim və mərcəyi-təqlidlərin yanında çox möhtərəm biri idi.
Əlbəttə, bu xalqın xüsusiyyətləri bunlardan daha çoxdur. İndi bu iki xüsusiyyət daha üstündür. Qeyd etdiyim həmin mərdanəlik ruhiyyəsinə görə birinci Pəhləvinin uğursuz dövründə Lur qövmünün qırğın, sürgün, həbs və başqa bu kimi müxtəlif təzyiqlərlə məruz qalmağına səbəb oldu. Onlar sözün həqiqi mənasında Lur qövmünün şücaət və mərdanəliyindən qorxurdular və (buna görə də) bəhanə gətirərək onları qabaqlayıb təzyiq göstərirdilər. Lakin başqa şəhərlərin əhalisi arasında yayqın olan xüsusiyyət (lurların) bu xüsusiyyət idi. Məsələn, biz məşhədilərin Luristanla əlaqəmiz olmayıb, lakin onların mərdanəliklərini ətrafımızda olan mübariz cavanlardan eşidirdik və onlar nəql edirdilər, (lurlar haqda) bəzi şeylər deyirdilər. Məşhəd uşaqları lurların dilindən bir şeir oxuyurdular: "Ana, ana! Döyüş zamanıdır". Bu onların 1963-cü ildən sonrakı (hökumət tərəfindən) şiddətli təzyiqlər dövründə mübarizə əhli olduqlarının göstəricisidir.
Lakin mən burada bir mətləbi qeyd edim. İran millətini təşkil edən müxtəlif toplumların, o cümlədən də lur qövmünün həqiqi təsvirini qoruyub saxlayıb bu günün gənclərinə ötürmək lazımdır. Lur millətinin tarixi bu son yüz ildə iki hissəyə ayrılır: bir hissəsi Pəhləvi dövrünə aid olan məzlum bir dönəmdir və həqiqətən də, (o dövrdə) məzlum idilər; bir hissəsi də onların İslam Respublikası dövründə müxtəlif meydanlarda işıq saçan, özünü (həqiqətini) büruzə verən və parlayan bir dönəmləridir. Bu iki (tarixi) səhifəni gərək birlikdə hifz edəsiniz. Məxsusən də cavanların öz tarixlərini bilmələrindən və İran millətinin tarixi yaddaşını həqiqətlə doldurmaqdan ötrü bu hər iki dönəm hifz olunmalı və ikisi birlikdə müqayisə olunmalıdır. Bir tərəfi məzlumiyyətdir, o biri tərəfi də qəhramanlıq yaradan. Bir tərəf İran millətinin istedadlarını büruzə etməyə qoymayan və təzyiq altında sönməsinə səbən olan basqı, bir tərəf də bu fəzanın açıldığı, özünü nişan verdiyi, indi mənim adlarını çəkdiyim həmin şəxsiyyətlər kimi görkəmli şəxsiyyətlərin büruz etdiyi tərəfdir. Məsələn, mərhum Şəhidi İslam Respublikasından əvvəl də həmin adam idi, lakin bu simanın parlaması İslam Respublikası zamanına aiddir. Yəni İslam Respublikasından qabaq o dövrdə dərs oxumuş, tərəqqi etmiş həmin görkəmli insan büruz etməmişdi. İslam Respublikası fəzanı açdı və onlar parlamağa başladılar. Tarix vərəqlənməlidir, tarixə diqqət ayrılmalıdır. Bu iki dönəmin heç birinin unudulamasına imkan verməməliyik. Bu iki dönəm göz önündə olmalı və birlikdə müqayisə olunmalıdır. İslam Respublikası dövründə Lur bölgəsi (istər Luristan, istərsə də Luristandan kənarda lurların yaşadıqları ərazi), insafən, gözəl parladı. İndi cənablar söylədilər və verilən hesabatlar düzgün və dəqiq idi. Bu qədər şəhid–məktəbli şəhid və müəllim, şəhid xanımlar, şəhid ruhanilər, alimlər və digər şəxsiyyətlər, yaxud da hərbi toplumlar (istər ordu, istərsə də SEPAH-a aid toplumlar), insafən, gözəl parladılar və müxtəlif sahələrdə çox yaxşı iştirak etdilər və bu günə qədər də davam etməkdədir.
Ümid edirəm ki, sizin bu səyləriniz yaxşı nəticə verəcəkdir. Cənab imam-cümənin işarə etdiyi məqam mühüm məqam idi. Bu anım mərasimləri cərəyan formalaşdırmaq hədəfini güdür. Bu məqama çox əhəmiyyət verilməlidir. Fikri və əməli baxımdan cərəyan yaranmalı, keçmiş nəslin dəyərli mirası və keçmiş cavanın fədakarlığı bu günün cavanına ötürülməlidir. Ölkə üzü zirvəyə doğrudur, iş çoxdur, cəhd göstərmək çoxdur və təhlükə də (bir o qədər) çoxdur. Bu yolu qüdrət və iradə ilə keçmək lazımdır. Əgər bunun baş verməsini istəyiriksə, ölkənin bu və digər regionlarının keçmiş tarixindən istifadə etməliyik. Hamı istifadə etməli və keçmişin qiymətli mirasını hazırkı nəslə ötürməlidir.
Mən bir cümlə də Qəzza məsələsi haqda qeyd etmək istəyirəm. Çünki bu gün İslam dünyası məsələlərinin başında Fələstin məsələsi və hazırda Qəzzada baş verən hadisələr dayanır. Bütün bunların hamısı gələcək formalaşdıran hadisələrdir. Qəzza məsələsi bir tərəfdən məzlumiyyət, digər tərəfdən isə iqtidar məsələsidir. Bəli, Qəzza əhalisi, həqiqətən, məzlumdurlar və bu yırtıcı və qaniçən düşmən –qəsbkar terrorist sionist rejimi–cinayət törətməkdə sərhəd tanımır. Yəni bir bombardmanda min nəfəri şəhid edir. Bəli, belədir–sərhəd tanımır. Xalqın məzlumiyyəti bu cür zahir olur.
Lakin bu məzlumiyyətin kənarında iki məqam yer alır; bir məqam bu millətin səbri və təvəkkülüdür. Bu xalq, həqiqətən, səbr göstərdilər. Bunun bəzi görüntülərini təbliğat vasitələri dünyada və ölkəmizdə göstərdilər. Övladı şəhid olur, o isə Allaha həmd edir, Fələstinə fəda olsun deyir. Yaralı yeniyetmə Allaha şükür edir və Quran ayəsi oxuyur. Xalqın bu səbri çox mühümdür. Düşmən bu xalqı əllərini qaldırıb təslim olmağa vadar etmək istəyirdi, (lakin) təslim olmadılar. Bu çox mühüm bir məqamdır. Həmin bu səbir və təvəkkül onların dadına yetişəcəkdir, elə bu onların qələbəsinə və sonda meydanın qalibi olmasına gətirib çıxaracaqdır.
Bunun kənarında mühüm olan digər bir məqam da budur ki, bu hadisədə, fələstinli döyüşçülərin hücumunda qəsbkar rejimə dəyən zərbə həlledici bir zərbədir. Hələ indiyə qədər bu rejimə belə bir zərbə dəyməmişdi və əvvəl də dediyimiz kimi, bərpa olunmazdır. Hər nə qədər üstündən keçdikcə bərpa olunmaz olduğu məlum olur. Siz ki müşahidə edirsiniz, Amerika, İngiltərə, Fransa və Almaniya kimi şər və zalım ölkə başçıları arda-arda özlərini ora çatdırırlar, bunlar nə üçündür? Çünki bilirlər ki, (qəsbkar rejim) dağılır, məhv olur. Bunu başa düşürlər və buna görə də özlərini ora çatdırırlar ki, məhv olmasının qarşısını alsınlar. Əgər dağılmaq və məhv olmaq təhlükəsi qəsbkar rejimi təhdid etməsəydi, dünyanın şər insanları ardıcıl olaraq gəlib orada həmrəylik nümayiş etdirməyə ehtiyac duymazdılar. Bu onu göstərir ki, zərbə çox möhkəm və həlledici olub. Yaxşı, zərbəyə məruz qalan, yaralanan və həqiqətdə əldən düşmüş rejim (bunları silah-sursat və qeyri-adi bombalar vasitəsilə güclə ayaq üstə saxlayırlar) döyüşçülərə gücü çatmır və (bundan sonra da) çatmayacaq deyə, bunun qisasını müdafiəsiz və məzlum xalqdan alır, onların başına bomba yağdırır, bir halda ki, döyüşçülər bu müddət ərzində hərəkətə keçmək üçün hazırlıqlı, ruhiyyə və məqsədlərini hifz edən və hərəkətə başlamaq qüdrətinə sahib idilər və sonralar da, inşallah, belə olacaqdır. Mənim nəzərimcə, hər kəs Qəzza hadisəsi haqda söhbət etdikdə eyni zamanda əhalinin səbri, iqtidarı və döyüşçülərin qüdrəti haqda söhbət etməlidir. Belə olmasa, bunlara zülm olunmuş olar. İnsafən, bunların göstərdikləri səbr çox mühümdür.
Başqa əsas bir məqam da budur ki, Qəzza hadisəsində Amerika sionist rejimin cinayətində qəti şəkildə şərikdir. Yəni bu cinayətdə Amerikanın əli xirtdəyə qədər məzlumların, uşaqların, xəstələrin və bu kimi digərlərin qanına boyanıb, əlləri qana bulanıb. Əslində, Qəzzada baş verən bu cinayəti Amerika bir növ idarə edir. (Bu cinayəti) İdarə edən Amerikadır.
Bu cinayətin əhatə dairəsi o qədər genişləndi ki, dünyada ümumi vicdanı sirkələdi. Siz mülahizə edirsiniz ki, camaat gəlib Amerikanın, Avropanın şəhərlərində, paytaxtlarda, o cümlədən İslam ölkələrində öz müxalifətçiliyini birbaşa nümayiş etdirirlər. Bununla belə, söz azadlığı iddiası edilən Avropa ölkələrində xalqın prospektlərdə Qəzzanın xeyrinə olan yürüşlərini qadağan edirlər (bu da onların rüsvayçılıqlarından biridir, hər bir şey üçün yürüş keçirmək olar, məzlumların müdafiəsindən ötrü isə qadağandır). Lakin camaat buna etina etmədi, televizorda xalqın gəlib (yürüşdə) iştirak etmələrini gördünüz. Dünya əhalisi əsəbidir və insan bilir ki, xalqda yaranan bu qəzəb ruhiyyəsi, ölkələrdə vücuda gələn bu vicdan əzabı əks-təsir verəcəkdir, heç kəs reaksiyanın qarşısını ala bilməz. Nə qədər çalışsalar da, bu reaksiyanın qarşısını ala bilməyəcəklər.
Mənim təkidlə vurğulamaq istədiyim məsələ budur ki, İslam dövlətləri gərək bu hadisədə özlərini itirməsinlər. Belə olmasın ki, Amerika və bəzi Qərb ölkələrinin öz evini, vətənini müdafiə edənləri terrorist adlandırmaqla qələt etdiklərini görüb onlar da o işi təkrarlayalar. Kimsə öz evini, vətənini düşmən müqabilində müdafiə edirsə, terrorist olur? Onun evini qəsb edən qondarma və zalım dövlət özü terroristdir. İslam dövlətləri ehtiyatlı olsunlar, siyasi sözçülər ehtiyatlı olsunlar ki, onların sözlərini təkrarlamasınlar və bilsinlər ki, bu və sonrakı hadisələrdə mütləq Fələstin qalib gələcəkdir.
Gələcək dünya Fələstinə aiddir, qəsbkar sionist rejimə deyil və gələcək də onlara (fələstinlilərə) aiddir. Bəli, sionistlər zülm edirlər, cinayət və faciə törədirlər, lakin bunların etdikləri səylər faydasızdır və Allah-təalanın izni ilə heç bir nəticəyə də çatmayacaqdır, inşallah. Ümid edirəm ki, Allah-təala İslam dünyası və ümməti üçün xeyirli olanı təqdir etsin, İslam düşmənlərini də, inşallah, məğlub və zəlil eləsin.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.