Fəcr ongünlüyü ərəfəsində İslam Respublikası ordusunun Silahlı Qüvvələr və Hava Hücumundan Müdafiə komandirləri 05.02.2024-cü il tarixdə səhər saatlarında İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Bu görüşdə Ayətullah Xamenei müsəlman dövlətlərin vəzifəsinin nə olduğuna işarə edərək buyurdu:
"Alimlər, elm adamları, siyasətçi və İslam dünyasının mətbuat işçiləri insanlarda ümumi bir tələb formalaşdırmalıdırlar ki, onların dövlətləri sionist rejimə qəti bir zərbə vurmağa naçar olsunlar. Biz demirik ki, müharibəyə girsinlər, nə müharibəyə girişəndirlər, nə də ki bu iş bəziləri üçün mümkündür. Lakin iqtisadi əlaqələri kəsə bilərlər".
O Həzrət müsəlman millətlərin üzərinə düşən məsuliyyəti belə açıqladı:
"Mən eşitdim ki, müsəlman ölkələrin bəziləri sionist rejimə silah verirlər, bəziləri də müxtəlif iqtisadi köməklik göstərirlər. Bəs, bunun qarşısını almaq millətlərin üzərinə düşən bir işdir. Millətlər (öz dövlətlərinə) təzyiq göstərə bilərlər".
İnqilab Rəhbəri millətlərin öz dövlətlərindən tələb etmələrinin zəruriliyinə toxunaraq buyurdu:
"Millətlər öz dövlətlərini zalım və canavar xislətli, qadın, uşaq, xəstə və qocanın qanına susamış və Qəzzada neçə min insanı bir neçə ay ərzində qətlə yetirən bir rejimə dəstək verməkdən çəkinməyə vadar etsinlər".
Xüsusi təsirə malik insanların vəzifəsindən danışan Ayətullah Xamenei belə qeyd etdi:
"Xüsusi təsirə malik şəxslər inqilabın hədəflərinin həyata keçməsi üçün lazımi sürətlənməni yaratmaqda ağır bir məsuliyyət daşıyırlar".
Xüsusi təsirə malik insanların səciyyəsini sadalayan İnqilab Rəhbəri sözlərinə belə davam etdi:
Xüsusi təsirə malik insanlar dedikdə kiminsə hər hansı ad-san sahibi olması nəzərdə tutulmur, əksinə, xüsusi təsirə malik insanlar millətin bütün təbəqə və siniflərində düşüncə, agahlıq və ayırd etmə qüdrətiylə rəftar edirlər. Onlar atmosferə və hay-küyə düşmədən qüdrətlə, şücaətlə anında öz vəzifəsinə əməl edən şəxslərdir.
Xüsusi təsirə malik insanların cəmiyyətlərə qoyduğu təsirdən danışan o Həzrət belə buyurdu:
"İslam tarixində bir çox hallar vardır ki, xüsusi təsirə malik insanlar və hadisələri düzgün ayırd edə bilən şəxslər lazım olan anda tərəddüd, təxirə salma və tənbəllik və bəzən də xəyanət üzündən anında səhnədə olmadılar və onların bu qəfləti başqalarına və atmosferə düşən cəmiyyətə də mənfi təsir bağışladı".
Həzrət Ayətullah Xamenei düşmənin xüsusi təsirə malik insanlar üçün tökdüyü proqramdan söz açaraq belə qeyd etdi:
"Bu gün düşmən cəbhəsinin xüsusi təsirə malik insanlar üçün xas proqramları vardır. Ölkəmizdə və ölkədən xaric yerlərdə xüsusi təsirə malik insanlar üçün proqramları vardır. (Planlaşdırırlar ki) onları tərəddüdə, (işləri) təxirə salmağa, (daim) bəhanə ardınca olmağa düçar etsinlər. (Proqram cızıblar ki) Bəzən dünyanın yağlı və şirin nemətlərini onlara dadızdırsın, onları imtahan vaxtlarında, həssas mövqelərdə, hər hansı bir fəaliyyətə keçmələri gərəkən yerdə bir iş görməməyə və onlardan işləri sürətləndirmək gözlənildiyi anda sürətləndirməməyə cəzb etsinlər. Bu iş üçün proqramları vardır. Xüsusi təsirə malik insanların vəzifəsi budur. Düşmənin şəkk-şübhə salmasını təsirsiz etsinlər".