Ölkənin bir qrup istehsalçı və iqtisadi fəalları 30.01.2024-cü il tarixdə çərşənbə axşamı səhər İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Bu görüşdə Ayətullah Əl-Üzma Seyid Əli Xamenei sanksiya şəraitində həyata keçən inkişafdan söz açıb:
"Ölkənin qeyri-dövlət sektorunun istehsal müəssisələrində gözə çarpan həddə artım olmuşdur. Bu mühüm xəbərdir. Niyə? Çünki bu tərəqqi, inkişaf və görülən işlər sanksiya şəraitində həyata keçirilib".
Yerli istehsal imkanları sərgisinə baxış keçirən o Həzrət İranın elmi və texnoloji qüdrətinə toxunaraq bildirib:
"Dünən baxış keçirdiyimiz yerli istehsal imkanları sərgisi çox şövqləndirici və görkəmli bir sərgi idi. Düşünürəm ki, biz bu sərgini İranın elmi və texnoloji qüdrətinin bir nümunəsi kimi təqdim edə bilərik".
O Həzrət sanksiyalar və bədxahların düşmənçilikləri kimi xarici problemlərin mövcudluğuna işarə edərək buyurdu:
"Belə hallar, şübhəsiz, zərər vurur və ölkə üçün problemlər yaradır. Lakin həmin problemləri fürsətə çevirmək olar, necə ki, bizim gənclər bu fürsətdən istifadə etdilər və (bu fürsətlər nəticəsində) bu gün hərbi silahlara və ya heyrətamiz elmi nailiyyətlərə, məsələn, kosmik sektorda inkişafa və Sürəyya kimi peyklərə yiyələndik. Əgər sanksiyalar olmasaydı, bu gün bu nailiyyətlərə yiyələnməzdik".
O Həzrət sözlərinin nəticəsi olaraq müəyyən şərtlərlə inkişafın qaçınılmaz olduğunu bildirdi:
"Özəl sektorun lazımi idarəçiliyi və lazımi dəstəyi həyata keçirilərsə, İranın yüksək dərəcəli imkanları, bol təbii sərvəti, yüksək istedada malik işçi qüvvəsi və hökumətlə xalq arasında yaxşı əlaqə sayəsində gözə çarpan irəliləyiş hiss olunan reallığa çevriləcək".