Bütün İran üzrə imam-cümələr 16.01.2024-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Bu görüşdə Ayətullah Əl-Üzma Xamenei Yəməndən Qəzzaya böyük dəstəyin verildiyini və onların heç kəsdən qoxmadığını vurğuladı:
"Yəmən milləti və Ənsarullah hökumətinin Qəzza əhalisini dəstəkləmək məqsədilə gördükləri iş böyük bir iş idi. Yəmənlilər sionist rejimin həyati əhəmiyyət daşıyan yoluna zərbə vurdular. Amerika təhdid etdi, lakin Amerikadan qorxmadılar. İnsan Allahdan qorxduqda daha Allahdan qeyrisindən qorxmur".
İnqilab Rəhbəri baş verən hadisələrə öz ümidvarlığını bildirərək belə qeyd etdi:
"Ümid edirik ki, bu mücahidlik, müqavimət və Yəmən xalqının fəaliyyətləri ta qələbəyə qədər davam etsin, Allah-təalanın izni ilə".
O Həzrət Fələstinlilərin məzlum və eyni zamanda qalib olduğunu bütün dünya insanlarının müşahidə etdiyini vurğuladı:
"Dünya əhalisi Qəzza və Fələstin xalqı haqda iki məsələni bir-birinin kənarında olaraq qəbul edilər: biri onların məzlum, digəri isə qalib olmalarıdır. Bu gün dünyada sionistlərin Qəzza müharibəsində qalib olduqlarını təsəvvür edəcək bir nəfər belə yoxdur, əksinə, hər kəs deyir ki, (qəsbkar rejim) məğlub olub".
Fələstinlilərin müqabilində məğlub olan sionistlərə işarə edən Ayətullah Xamenei belə buyurdu:
"(Fələstinlilərin qələbəsi) Müqabilində qəsbkar sionist rejim dünya siyasətçiləri və dünyanın müsəlman, yaxud qeyri-müsəlman insanlarının nəzərində zalım, qaniçən canavar, rəhimsiz, məğlub, naümid və param-parçadır".