Bu görüşdə Ayətullah Əl-Üzma Xamenei xalqın gücünün nəyə qadir olduğunu unutmamağı tövsiyə edərək buyurdu:
"Böyük hadisələrdə xalqın böyük rola sahib olma gücünü unutmamalıyıq. Bu gün Qəzzaya diqqət yetirin. Bir qarış torpaqda olan iki milyon cəmiyyət o əzəmətdə Amerikanı və Amerikadan asılı qalmış sionist rejimi aciz edib. Xalqın meydanda hazır olmağının gücü, yəni bu".

Kirmandakı terrorun pərdəarxası təşkilatçılarını əzməkdə israrlı olduğunu qeyd edən İnqilab Rəhbəri belə buyurdu:
"Biz şəhid Süleymaninin məzarı kənarındakı Kirman terror hadisənin real və pərdəarxası təşkilatçılarını tapıb, onları əzməkdə israrlıyıq".

O Həzrət sionist rejimin öz hədəflərinə çata bilmədiyini vurğuladı:
"Qəzza məsələsindəki proqnozlar özünü doğrultmaqdadır. Təqribən yüz günə yaxındır ki, sionist rejim uğursuzluğa düçar oldu və öz hədəflərinə çatmadı: nə HƏMAS-ı məhv edə bildilər, nə Qəzza əhalisini başqa bir yerə köçürə bildilər, nə də müqavimətin fəaliyyətlərinin qarşısını ala bildilər".

Bu müharibədə sionist rejimin haldan düşdüyünü bildirən Ayətullah Xamenei belə davam etdi:
"Təqribən yüz günə yaxındır Fələstin müqaviməti hələ də canlı, təravətli, hazırlıqlı və sionist rejim isə yorğun, alçalmış, peşman və batil cinayətkar dağı onun alnına vurulub".

O Həzrət sionist rejimin etdiyi cinayətlərin tarixə düşdüyünü və kitablarda yazılacağını qeyd etdi:
"Sionist rejimin cinayətləri tarixə düşdü. Sionist rejim Allahın lütfü ilə məhv edildikdən sonra da bu cinayətlər unudulmayacaq. (Sonradan) Kitablarda yazacaqlar ki, belə (vəhşi) insanlar bir neçə həftə ərzində neçə min uşaq və qadını öldürüblər".

"Hər kəs insanların meydanda olmasına çalışmalıdır",- deyə İnqilab Rəhbəri buyurdu.

Xalqın meydanda olmasının zəruriliyini vurğulayan Ayətullah Xamenei belə qeyd etdi:
"(Hədəf) Camaatı dəqiq yönləndirmə və mərifət gücünü artırmaqla mübarizə meydanına çəkmək olsun. Hədəfimiz insanları İslam hakimiyyəti, milli izzət, İran xalqının kamil məsləhət və yüksəlişi meydanında iştiraka dəvət etməkdir".