Müxtəlif təbəqələrdən olan bir qrup qadın çərşənbə günü 27.12.2023-cü il günorta saatlarından əvvəl İmam Xomeyni hüseyniyyəsində Ayətullah Xamenei ilə görüşüb.
Bu görüşdə Ayətullah Xamenei İslam və Qərb sivilizasiyasının qadına baxışını bəyan edib buyurdu:
"Qərb sivilizasiyasının qadınlara yanaşması iki amilldə xülasələşir: mənfəət və ləzzət almaq. İslamın qadın məsələsinə yanaşması isə bunun tam əksidir, insan kəramətinin qorunması məsələsidir".
Qərbdə günü-gündən ailələrin çökməsindən danışan o Həzrət belə qeyd etdi:
"Qərbdə qadının hörməti günü-gündən sınır. Ailəni məhv edən hər şey Qərbdə günü-gündən artmaqdadır".
"Analıq yaradılış aləmində ən zəruri bir roldur",- deyə İnqilab Rəhbəri bildirdi.
Fatimeyi-Zəhranın ən üstün örnək olduğunu bildirən o Həzrət belə buyurdu:
"Müsəlman bir qadın istər evdarlıqda, istər ictimai-siyasi fəaliyyətlərdə, istərsə də hikmət və elmdə Fatimeyi-Zəhradan (səlamullahi əleyha) üstün bir nümunə tapa bilməz".