Kuba Prezidenti cənab Migel Dias-Kanel və onu müşayiət edən nümayəndə heyəti bazar ertəsi günortadan sonra 04.12.2023 tarixdə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
İslam İnqilabının Rəhbəri Kuba Prezidenti ilə görüşdə iqtisadi əməkdaşlıq və Fələstin məsələsindəki təsiri təkidlə vurğuladı.
O Həzrət ABŞ və Qərb müqabilində vəhdət sərgilənməsinin zərurətindən söz açaraq belə buyurdu:
“İran və Kuba arasında olan siyasi və iqtisadi imkanlardan Amerika və qərblilərin zorakılıqları müqabilində yekdil mövqe sərgiləyən ölkələr arasındakı vəhdət və birlik yaratmaq yolunda istifadə olunmalıdır”.
İnqilab Rəhbəri ABŞ-a zidd ölkələrin müştərək mövqe sərgiləyə biləcəyini vurğuladı:
“İqtisadi əməkdaşlığa diqqət yönəltməklə Amerikaya zidd ölkələrin birliyi Fələstin məsələsi kimi mühüm qlobal məsələlərdə ortaq və effektiv mövqe tuta bilər”.
Ayətullah Xamenei fələstinlilərin 75 il ərzində daimi işgəncə, əziyyət və qətliama məruz qaldığını bildirərək qeyd etdi:
“Fələstin məsələsi təkcə son Qəzza hadisələri və bombardmanlarla xülasələşmir. Fələstin xalqı keçən 75 il ərzində daimi olaraq müxtəlif işgəncə, əziyyət və qətliamlara məruz qalıblar”.
Sionistlərin cinayətlərinin dünyanın ictimai rəyi qarşısında ifşa olduğunu deyən İnqilab Rəhbəri belə buyurdu:
“Qəzzadakı faciə o qədər böyükdür ki, sionist rejimin həqiqəti dünyanın ictimai rəyi qarşısında ifşa olub və bunu da gizlətmək mümkün deyil”.
İnqilabdan öncəyə Kuba inqilabının iranlı inqilabçılar üçün cazibəsindən danışan o Həzrət belə buyurdu:
“Kuba inqilabı və cənab Fidel Kastronun şəxsiyyəti İslam İnqilabının qələbəsindən əvvəl həmişə iranlı inqilabçılar üçün xas bir cazibəyə malik olmuş və bunun dəlili də onun inqilabi mövqelərindəki sədaqəti idi”.
İran və Kuba inqilabının müştərək səciyyəsinə işarə edən İnqilab Rəhbəri qeyd etdi:
“İnqilabi sədaqət”, “İnqilabi müqavimət” və “İnqilabi ciddilik” Kuba inqilabı və İran İslam İnqilabının ortaq səciyyələridir”.