Asiya və Paralimpiya Asiya İdman Oyunlarının qəhrəmanlarından bir qrupu bu gün 22.11.2023-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Bu görüşdə Ayətullah Əl-Üzma Xamenei HƏMAS-ın dövlət olaraq deyil, mübariz bir qrup olaraq sionistlərə zərbə vurmasından söz açaraq belə bildirdi:
“Əgər siz idmançılara bu son hadisələrin nəticəsini təqdim etmək istəsəm, deyəcəyim cümlə bundan ibarətdir: “Sionist rejim Əqsa fırtınasında texniki bir zərbə aldı”. HƏMAS çoxlu imkanlara malik bir dövlət və ölkə olaraq deyil, əksinə, bir mübariz qrup ünvanında o qədər imkanlara sahib bir qəsbkar sionist dövlətinə texniki zərbə vura bildi”.
Bu görüşdə də o Həzrət sionistlərin məğlubiyyətinin təlafi olunmaz olduğunu bildirdi:
“Sionist rejimin ağır məğlubiyyəti Qəzzanın bombardman olunması ilə təlafi olmayacaqdır”.
Sionistlərin etdiyi cinayətlərin onlara nicat verməyəcəyini vurğulayan İnqilab Rəhbəri sözlərinə belə davam etdi:
“Bu bombardmanlar sionist rejimin ömrünü daha da qısaldacaqdır”.
Sionistləri meydanda uduzan idmançıya bənzədən Ayətullah Xamenei belə qeyd etdi:
“Sionist rejim meydanda məğlub olub öz rəqibinin tərəfdarlarına hücum çəkib ədəbsizlik edən idmançı kimidir”.
İnqilab Rəhbəri sionistləri təhqir edərək iranlı idmançıların sionist idmançıları özlərinə rəqib bilmədiklərini buyurdu:
“Bu gün İranlı idmançıların idman meydanlarında sionist rejimlə qarşılaşmamasının həqiqət olması həmişəkindən daha çox aşkar oldu”.
O Həzrət qərblilərin idman sahəsində də ikili standartdan istifadə etmələrini almayaraq belə qeyd etdi:
“Qərblilər deyirlər ki, idman siyasi deyil, lakin ehtiyac duyduqları zaman idmanı ən pis formada siyasiləşdirirlər. Döyüş bəhanəsi ilə bir ölkəni bütün idman müsabiqələrindən məhrum edirlər, amma soyqırım və Qəzzada beş min uşağın qətlini görməzlikdən gəlirlər”.