İraqın Baş naziri cənab Məhəmməd Şiya əl-Sudani və onu müşayiət edən nümayəndə heyəti bu bazar ertəsi səhər 06.11.2023 tarixdə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Ayətullah Xamenei bu görüşdə İslam dünyasının ABŞ və sionistlərə təzyiqi artırmalarını vurğulayaraq buyurdu:
"İslam dünyası Qəzza əhalisinin qətliamının dayanması üçün Amerika və sionist rejimə təzyiqlərini artırmalıdır".
İnqilab Rəhbəri İraqın özünə məxsus rol oynaya biləcəyinə toxunaraq qeyd etdi:
"İraq dövləti regionda bir mühüm dövlət olaraq Qəzza əhalisinin qətliamının dayandırılması üçün Amerika və qəsbkar rejimə təzyiqlərdə xüsüsi rol daşıya bilər. Həmçinin ərəb dünyası və İslam aləmində yeni bir xətt yarada bilər".
İnqilab Rəhbəri ABŞ-ın köməyi olmadan sionist rejimin müharibə edə bilməyəcəyini vurğuladı:
"Amerikalılar Qəzza cinayətlərində sionistlərlə şərikdirlər və əgər onların silah-sursat və siyasi baxımdan köməkləri olmasa, sionist rejim üçün bu işi davam etdirmək mümkün olmayacaqdır".
Sionistlərin cinayətlərinin arxasında ABŞ-ın dayandığını qeyd edən o Həzrət sözlərinə belə davam etdi:
"Sionist rejimin hücum etdiyi həmin əvvəl günlərdən bütün dəlillər Amerikanın döyüşü idarə etməkdə birbaşa dəxalətini göstərir və bu döyüşdən nə qədər vaxt keçirsə, Amerikanın sionist rejimin cinayətlərini idarə etməsində birbaşa rolunun olmasını göstərən dəlillər daha da şəffaflaşır".
İnqilab Rəhbəri sözlərinin sonunda sionist rejimin öz getmiş abırını bərpa edə bilməyəcəyini buyurdu:
"Qəzzada baş verən bütün bu qırğınlara baxmayaraq, sionist rejim indiyə qədər bu hadisənin həqiqi məğlubudur, çünki öz aradan getmiş abrını geri qaytara bilmədi və gələcəkdə də bu işi görməyə qadir olmayacaqdır".