HƏMAS-ın siyasi bürosunun rəhbəri cənab İsmayıl Haniyə və nümayəndə heyəti İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Bu görüşdə Ayətullah Xamenei İranın həmişə Fələstini dəstəklədiyini vurğulayaraq buyurdu:
İran İslam Respublikasının həmişəki siyasəti Fələstin müqavimət qüvvələrini sionist işğalçılar müqabilində himayə etməkdir.
İnqilab Rəhbəri ABŞ və Qərbin sionistlərə dəstək verdiyini qeyd etdi:
Sionist rejimin Qəzzadakı cinayətləri Amerika və bəzi Qərb ölkələrinin birbaşa dəstəyi ilə törədilir.
O Həzrət bütün İslam dövlətlərinin Qəzzanı himayə etməsinin zəruriliyini vurğulayaraq bəyan etdi:
Bütün İslam dövlətləri ciddi hərəkət etməli, hərtərəfli və əməli surətdə Qəzza əhalisini himayə etməlidirlər.