Aban ayının on üçü (4 noyabr) və Hegemonlar ilə Milli Mübarizə və Məktəblilər Günü ərəfəsində ölkə boyu bir qrup məktəb şagirdləri və universitet tələbələri bu gün səhər 01.11.2023-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri ilə görüşüblər
Ayətullah Xamenei bu döyüşü haqla batil arasında olan döyüş adlandırıb belə buyurdu:
“Bu döyüş Qəzza və İsrail döyüşü deyil, haqq və batil döyüşüdür. Hegemonlarla iman arasında olan savaşdır”.
O Həzrət iman qüdrətinin düşmənə qalib gələcəyini bildirdi:
“Hegemonlar bomba, hərbi təzyiq, faciə və cinayətlə irəli gedirlər, iman qüdrəti isə Allahın tövfiqi ilə bunların hamısına qalib gələcəkdir”.
Düşmənin dünyadakı abırının aradan getdiyini deyən İnqilab Rəhbəri belə qeyd etdi:
“Qəzza əhalisi öz səbirləri ilə bəşər vicadınını hərəkətə gətirdi. Hətta Qərb ölkələrində, İngiltərə, Fransa və Amerikanın müxtəlif əyalətlərində cəmiyyət kütləvi şəkildə gəlib İsrail və ABŞ dövləti əleyhinə şüar verirlər. Onların dünyadakı abırları getdi”.
Ayətullah Xamenei yekun qələbənin Fələstinə aid olduğunu qeyd edərək buyurdu:
“Yekun və çox da uzaq olmayan qələbə Fələstin xalqı və Fələstin üçün olacaqdır”.
İnqilab Rəhbəri sözlərinin davamında İslam dünyası qarşısında təkcə İsrailin dayanmadığını qeyd etdi:
“İslam dünyası unutmasın ki, İslam və məzlum Fələstin müqabilində dayanan Amerika, Fransa və İngiltərə idi. Təkcə Sionist rejim deyil. (İslam dünyası) Bunu dərk etsin və öz müamilə və mübadilələrində bunları nəzərə alsınlar”.
O Həzrət İslam ölkələrinə xitabən belə buyurdu:
“İslam dövlətləri sionist rejimə neft və onun ehtiyaclarını təmin edən hər bir şeyin ixrac yolunu bağlamalıdırlar”.
İnqilab Rəhbəri İslam dövlətlərinin bu cinayətlər qarşısında sakit qalmamaları və bunu dayandırmaq üçün çalışmalı olduğunu qeyd etdi:
“İslam dövlətləri cinayətlərin dərhal dayandırılmasına təkid etməli və sionist rejimə neft ixracının yolunu bağlamalıdır və bu rejimlə iqtisadi əməkdaşlığı kəsməlidir. Bütün beynəlxalq yığıncaqlarda bu cinayəti yüksək səslə məhkum edin”.
O Həzrət öz vətənini müdafiə edənlərin terrorist ola bilməyəcəyini vurğulayaraq belə buyurdu:
“Qərb siyasətçilərinin həyasızlıqlarından biri budur ki, öz vətənlərini müdafiə edən fələstinlilərə terrorist deyirlər. İkinci Dünya müharibəsində almanlar gəlib Parisi aldılar. Almanlarla mübarizə aparan fransızlar terrorist idilər?!”
Ayətullah Əl-Üzma Xamenei sözlərinin sonunda aciz və çaşqın vəziyyətdə olan sionist rejimi barədə belə buyurdu:
“Sionist rejim aciz və çaşqın vəziyyətdədir. Öz xalqına da yalan danışır. Onun əsirlərlə bağlı narahatlığı da yalandır. Onların etdiyi bombardmanlar öz əsirlərini də məhv edir”.