Höccətül-İslam, vəl-müslimin Nigeriyalı mübariz ruhani Şeyx İbrahim Zəkzaki və ailəsi 14 oktyabr 2023-cü il şənbə günü günortadan əvvəl İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
İnqilab Rəhbəri Nigeriya İslam Hərəkatının rəhbəri ilə görüşdə təkidlə vurğuladı:
Fələstin və Qəzza–İslam qüdrətinin təzahürü
Bütün İslam dünyası Fələstin xalqına kömək etməlidir.
Şeyx Zəkzaki və onun xanımı Allah yolunda həqiqi mücahidlik təzahürüdür.
İslam İnqilabının əzəmətli Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günorta saatlarından öncə Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki, onun xanımı və övladları ilə görüşdə onun və həyat yoldaşının (Allah yolunda) göstərdikləri səyləri yüksək qiymətləndirərək (bu qədər) məkirli planların çoxalması qarşısında İslamın dünya miqyasında artan gücünü (Allah yolunda edilən) səy və təlaşların nəticəsi hesab etdi və işğal altında olan Fələstinin və Qəzzanın vəziyyətinə işarə edərək buyurdu:
"Bu gün İslamın qüdrətinin bir təzahürü də Fələstində hal-hazırda baş verən hadisədir".
O Həzrət vurğuladı:
"Fələstində son günlərdə baş verən hadisələr, məxsusən də bombardmanlar və qadın, uşaq və kişilərin şəhadəti insanın qəlbini yaralayır, lakin bu hadisənin digər tərəfi isə İslamın Fələstində inanılmaz qüdrətinin nişanəsidir və Allah-təalanın lütfü və inayəti sayəsində Fələstində başlanan bu hərəkət irəliləyəcək və fələstinlilərin tam qələbəsi ilə nəticələnəcəkdir".
İslam İnqilabının Rəhbəri daha sonra belə buyurdu:
"İslam dünyasında hər kəsin vəzifəsidir ki, Fələstin xalqına kömək etsin".
Həzrət Ayətullah Xamenei İranda İslam hökumətinin təşkilinin və əsrlər sonra siyasi İslam təfəkkürü prinsiplərinə əsaslanan bir hökumətin formalaşmasını İslam qüdrətinin bir forması kimi hesab etdi və daha sonra vurğuladı:
"İslam Respublikası təsis olunduğu gündən indiyə qədər günbəgün daha güclü olmuş və gələcəkdə də indiki vəziyyətindən daha güclü olacaqdır".
O Həzrət İslami fəaliyyətlərin dünyada günü-gündən geniş vüsət tapdığını bildirib sözlərinə belə davam etdi:
"Bu gün İslami hərəkat Afrika, Asiya, Avropa və Şimali Amerika kimi dünyanın müxtəlif yerlərində genişlənməkdədir və Allahın inayəti ilə bu hərəkətin müvəffəqiyyətləri daha çox qüdrətlə davam edəcəkdir".
İslam İnqilabının Rəhbəri sözlərin başqa bir hissəsində Şeyx Zəkzaki və onun xanımı ilə görüşün çox məmnun edici olduğunu bildirdi və onlar xitab edərək buyurdu:
"Siz Allah yolunda həqiqi mücahidlik edənin nümunəsisiniz və ümid edirəm ki, öz mücahidliyinizi davam etdirəcəksiniz".
Nigeriya İslami Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki və onun xanımı da bu görüşdə görüşdən çox məmnun olduqlarını xatırladaraq öz hisslərini vəsf olunmayacaq hesab etdilər və dedilər:
"Ümidvarıq ki, siz cənabın duaları və müsəlmanların səy və mücahidliyi hesabına İslam günbəgün daha da geniş vüsət tapacaqdır".