Bu görüşdə İnqilab Rəhbəri Fələstin torpaqlarında baş verən əməliyyatın İsrail üçün bərpası mümkün olmayan bir tufan olduğunu qeyd etdi:
"7 oktyabr tufanı sionist rejim üçün bərpa oluna bilməz bir kəşfiyyat və hərbi məğlubiyyətdir".

Daha sonra o Həzrət bu hadisələrin fələstinlilərin həqiqətini tanıtdırdığını bildirərək buyurdu:
"Biz bacarıqlı və zəkalı (döyüş taktikası üçün) layihə verənlərin və fələstinli cavanların alınlarından və güclü biləklərindən öpür, həmçinin onlarla iftixar edirik, lakin son hadisələrin qeyri-fələstinlilərin işi olduğunu deyib boşboğazlıq edənlər səhv hesablama aparıblar".

Ayətullah Xamenei illərlə davam edən cinayətə cavab olan #Əqsa fırtınasından söz açaraq belə qeyd etdi:
"Əqsa tufanı fələstinlilərin şücaətli və fədakarcasına addımları olmaqla yanaşı, illərlə davam edən cinayətə bir cavab idi və (bu cinayət) son aylarda daha şiddətli olmuşdu. (Bu hadisədə isə) Müqəssir, hazırkı qəsbkar sionist rejiminə hakim olanlardır".

O Həzrət İlahi sünnətə toxunaraq zülmün pik həddə yetişdiyində tufanı gözləmək lazım olduğunu bildirdi:
"Zülm və cinayət həddi aşarsa və yırtıcılıq son həddinə çatarsa, tufanı gözləmək gərəkdir".

Fələstinin üzləşdiyi düşmənçiliyin misilsiz olduğunu qeyd edən o Həzrət belə davam etdi:
"Müsəlman millətlərdən heç biri bu gün fələstinlilərin üzləşdiyi düşmənçiliklə üzləşməyibdir. Bu qədər pislik, xəbislik, rəhimsizlik və qaniçənliklə yanaşı olan düşmənçiliklə heç vaxt müsəlman millətlər və İslam ölkələri üzləşməyibdir".

Ayətullah Xamenei qərblilər, ABŞ və İngiltərənin qaniçən rejimə dəstəyini vurğulayıb belə buyurdu:
"Qərblilər, məxsusən də ABŞ və İngiltərə heç bir dövləti bu qondarma sionist və qaniçən dövləti himayə etdiyi qədər himayə etməyibdir. Bu rejim fələstinli qadın, kişi, uşaq və qocaya rəhm etməyibdir. Şəhər sakinlərini quduz it kimi fələstinlilərin canına salıb. Bu zülmün müqabilində bir millət necə reaksiya verməlidir? Bəs, məlumdur ki, tufan qopardacaqdır".

Qəsbkar rejimin başçılarını daha böyük bəla gözlədiyini deyən İnqilab Rəhbəri sözlərinə belə davam etdi:
"Sionist rejimin başçıları və havadarları bilsinlər ki, Qəzza əhalisinin qətliamı və kütləvi qırğını onların başına daha böyük bir bəla gətirəcəkdir".

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei bu cinayətlərin davamı olaraq sionistlərə daha ağır bir şillə vurulacağını qeyd etdi:
"Sionist rejim özünü məzlum göstərməklə Qəzza əhalisinin kütləvi qırğınına don geyindirmək istəyir. Qəsbkar rejimin başçıları bilsinlər ki, bu zülmlərin əks-təsiri onların çirkin sifətinə vurulacaq daha ağır bir şillə olacaqdır".