Bu görüşdə Ayətullah Xamenei buyurdu:
Müqəddəs Müdafiə illərində kimlər hücuma keçmişdilər? Əgər bu baxışla Müqəddəs Müdafiə illərinə baxsaq, Müqəddəs Müdafiə illərinin əzəmət və əhəmiyyəti aydın olacaqdır. Amerika, Avropa ölkələri, Sovet İttifaqı və o zamanın bütün qüdrətlər bir cəbhə oldular və İslam Respublikasına qarşı müştərək olaraq hücuma keçdilər".
O Həzrət sözlərinə belə davam etdi:
"Deyilirdi ki, Səddamı İrana hücuma keçməyə təşviq edən əsas Amerikalılar idi. Sonra da döyüş zamanı kəşfiyyat yardımı olan ən əsas köməyi də Amerikalılar edirdilər. Daimən hava kordinantlarını, döyüş mövqelərimizin planını çəkib Səddamın ixtiyarına verirdilər. Döyüşün taktiki gedişatlarını onun ixtiyarında qoyurdular".
Ayətullah Xamenei İran əleyhinə hücumda Səddama Fransa və avropalıların kömək etməsinə işarə edərək əlavə etdi:
"Avropalılar və fransızlar Səddamı ən müasir hərbi hava texnikası, qırıcı və helikopterlərlə təmin etdilər. Almanlar Səddamı İranda, İraqın özündə və Hələbcədə çoxlu fəlakətlərə səbəb olan kimyəvi silahlar hazırlayan vasitələrlə təmin etdilər".
Həmçinin O Həzrət keçmiş Sovet İttifaqının Səddama dəstək olmasından söz açdı:
"Şərq bloku, keçmiş Sovet İttifaqı və Şərqi Avropa ölkələri Səddama lazım olan bütün quru və hava hərbi imkanlarını verdilər. O zamanlar raket baha idi və ona görə də (İraqın) artilleriyasını elə təchiz edirdilər ki, çox xərc çəkmədən Tehranı topla vura bilsinlər".
Daha sonra İnqilab Rəhbəri avropalıların Səddama hərtərəfli yardımına toxundu:
"Regionun ərəb ölkələri Səddama küllü miqdarda pul verdilər, o pulla Avropadan döyüş texnikası alırdı. İraqa döyüş texnikası gətirmək üçün həm pul, həm də gediş-gəliş yolu verdilər".
Həzrət Ayətullah Xamenei İranın müharibə zamanı zəfər kürsüsündə dayandığından danışdı:
"Bütün dünya Səddamın İrana hücumuna kömək etdi və hamısı işğalçı idi. Belə bir döyüşdə, belə bir qarşıdurmada İran milləti zəfər kürsüsündə dayana bildi və özünü dünyaya izzətlə göstərə bildi".