Höccətül-İslam, vəl-müslimin Prezident Rəisi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu Yorka səfər etməzdən əvvəl bu gün (17.09.2023) günorta saatlarından sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei ilə görüşüb söhbət edib. Bu görüşdə Prezident səfər planının hesabatını təqdim etdi və İnqilab Rəhbəri də öz lazımi tövsiyələrini verdi, həmçinin Prezidentə uğurlar arzuladı.