Bu görüşdə Ayətullah Xamenei düşmənlərin tətbiq etdiyi sanksiyaların xalqın dolanışığını hədəfə aldığını qeyd etdi:
"Sanksiyaların əksəriyyəti insanların dolanışığını hədəf almaq məqsədi daşıyır. (#BƏRCAM-ı diriltmək üçün) Danışıqlarla yanaşı, sanksiyalar zərərsizləşdirilməlidir. Sanksiyaların zərərsizləşdirilməsinin ən mühüm göstəricisi inflyasiyanın azalmasıdır".

Rəisi dövlətinin xarici ölkələrlə bağlı müsbət siyasətini dəyərləndirən İnqilab Rəhbəri sözlərinin davamında belə buyurdu:
"İslam Respublikasında hazırkı dövlətin (Rəisi) qonşularla münaqişələrin həlli, ölkələrlə və qitələrlə, o cümlədən Cənubi Amerika, Şərqi Asiya və Afrika ilə çoxsaylı və müxtəlif əlaqələrlə bağlı siyasəti çox yaxşı və doğru siyasətdir".

BRICS və Şanxaya üzv olmaq İslam İnqilabı üçün böyük uğur olduğunu bildirən o Həzrət belə bəyan etdi:
"Qısa müddət ərzində iki mühüm beynəlxalq müqaviləyə (#BRICS və #Şanxay) üzv olmaq böyük uğur idi. Bu onu göstərir ki, ölkə elə bir vəziyyətdədir ki, bu beynəlxalq müqavilələrin təsisçilərinin ölkəmizin onların üzvü olmağı üçün meyil və israrları vardır".