İslam İnqilabı Keşişçiləri Korpusunun Komandirlər Qrupunun üzvləri 17.08.2023-cü il tarixdə Həzrət Ayətullah Xamenei ilə görüşüblər.
Bu görüşdə Ayətullah Xamenei SEPAH-ın dünyada ən böyük antiterror təşkilatı olduğunu işarə edərək buyurdu:
"Bu gün SEPAH dünyada ən böyük antiterror təşkilatıdır. Hərbi cəhətdən təchiz olunmuş bir təşkilatdır. Bu təşkilat dünyada bir çox böyük orduların edə bilmədiyi işləri görə bilən yararlı və müstəqil bir təşkilatdır".
SEPAH-ın ali dəyərlə sahib olan bir təşkilat olduğunu qeyd edən o Həzrət buyurdu:
"Fransa və Sovet Bolşevik inqilabında bir sıra qruplar inqilab tərəfdarı ünvanında ayağa qalxdılar. Onlar əsaslı prinsiplərə bağlı olmayan dağıdıcı (qruplar) idilər. Lakin SEPAH İslam İnqilabının əvvəlində təşkil olunduğu ilk gündən bir təşkilat kimi fədakarlıq kimi dəyərlərə sahib idi".
Düşmənşünaslıq mövzusunda diqqətli olmağın zəruriliyinə toxunan İnqilab Rəhbəri belə qeyd etdi:
"Diqqətli olmalı və düşməni tanımaqda səhvə yol verməməliyik. İmam Xomeyni (r.ə) o "Bəsirət gözü" ilə dedi ki, nə qədər bacarırsınız, Amerika üzərinə fəryad edin".
İsraili İran əleyhinə düşmənçiliyə məcbur edən amilləri vurğulayan Ayətullah Xamenei belə buyurdu:
"Zülm və zalıma qarşı müxalifət, habelə məzluma kömək etmək siyasi İslamın bariz və düşməni qıcıqlandıran xüsusiyyətlərindəndir. Bu da işğal, zülm, zor və işgəncə əsasında qurulmuş sionist rejim kimi bir rejimi İslam Respublikası kimi bir nizama qarşı inadkarlıq və düşmənçiliyə məcbur edir".
İnqilab Rəhbəri İslam hökumətinə müxalif olmayan hər bir ölkənin sözünü qəbul etdiyini bildirdi:
"İslam hökuməti hər bir ölkənin, hətta müxalifçilik etməyən və bizimlə həmfikir olmayan ölkələrin də sözünü qəbul edir, lakin əgər qarşı tərəfin hiyləgərliyi, yalançılığı və arxadan bıçaqlamaq üçün hazırlıq gördüyünü bilərsə, İslam hökuməti heç vaxt onun sözünü qəbul etməyəcək və əhdi pozmaq müqabilində də eyni rəftarı görəcəkdir".
Qərbin İslam hökuməti ilə mehriban ola bilməyəcəyini deyən İmam Xamenei belə buyurdu:
"Quran məntiqinə əsasən, qaradərili insanın başqa insanlardan heç bir fərqi yoxdur. Beləliklə, irqi ayrı-seçkilik məntiqini biabırçı şəkildə yayıb və indi də yaymaqda olan qərblilər, məgər İslam hökuməti ilə mehriban ola bilərlərmi?"