Bu görüşdə Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 86-cı Hərbi Dəniz Donanmasına öz səmimi təşəkkürünü bildirərək belə buyurdu:
"Böyük bir missiyanı yerinə yetirmiş və dünyanı uğurla dövr etmiş sizlərə– 86-cı Hərbi Donanmanın hər bir üzvünə və həmçinin ailələrinizə səmimi qəlbdən təşəkkür edirəm. Sizin etdiyiniz iş böyük bir iftixardır. Bu bizim ölkənin dənizçilik tarixində görünməmiş bir işdir".
Dünya ətrafında 8 ay uğurlu səyahətdən danışan o Həzrət belə qeyd etdi:
"350 nəfərlik bir qrupun dünya ətrafında 65000 km yol qət etməsi və 8 ay müddətində su üzərində qalması dünyada böyük və nadir bir işdir. Üç okeanı səhayət etdiniz və başıuca şəkildə Vətənə qayıtdınız".
İnqilab Rəhbəri Quran ayəsinə, yəni "Nə qədər bacarırsınız, hazırlıqlı olun",-istinad edərək buyurdu:
"86-cı Hərbi Dəniz Donanmasının dünya ətrafında çətin boğazlardan və su yollarından keçməsi "Nə qədər bacarırsınız, hazırlıqlı olun" ayəsinin bir nümunəsi idi. Sizin gördüyünüz iş zehinlərdə "Biz bacarırıq" şüarını gücləndirdi. Düşmən bunu görəndə özünü yığışdırmağa məcbur olur".
86-cı Donanmanın hərəkəti ölkə təhlükəsizliyi üçün töfhə olduğunu söyləyən İnqilab Rəhbəri belə qeyd etdi:
"86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti təhlükəsizlik təmin edən bir hərəkət idi. Sizin okeanın uzaq nöqtələrində, Sakit, Atlantik okeanı və s. ucqar nöqtələrində olmağınız ölkənin təhlükəsizliyinə bir töhfə idi".
Bu görüşdə Amerikanın səciyyələrindən birinin qarətçilik olduğunu bildirən Ayətullah Xamenei buyurdu:
"Hegemon qüdrətlər əgər bacarsalar, okeanları da öz adlarına sənədləşdirərlər. Qarətçilik və bəşər mənafeyini mənimsəyib özünküləşdirmək Amerikanın xüsusiyyətlərindən biridir. 86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti onların bu (addımını) pozdu və bununla da göstərdi ki, azad sular hamıya məxsusdur".
Amerikalıların dəniz qaçaqmalçılığı və neft tankerlərinə təcavüzünü qınayan o Həzrət sözlərinə belə davam etdi:
"Gəmiçilik və dəniz nəqliyyatının təhlükəsizliyi bütün ölkələr üçün təmin edilməlidir. Bu gün amerikalılar neft tankerlərinə təcavüz edir, dəniz qaçaqmalçılığı ilə məşğul olan qruplara kömək edirlər".
Ayətullah Xamenei dəniz yolu ilə yükdaşıma və nəqliyyatın əhəmiyyətini vurğulayaraq belə qeyd etdi:
"Bu gün dünya ticarətinin 90 faizi dəniz yolu ilə həyata keçirilir. Dəniz yolu ilə yükdaşıma və nəqliyyat ən əhəmiyyətli beynəlxalq yükdaşıma və nəqliyyatın bir hissəsidir. Biz də xoşbəxtlikdən bir neçə min km dəniz sərhədinə sahib ölkələrdən biriyik. Ölkənin şimalında dəniz varımızdır, ölkənin cənubunda dəniz və okean varımızdır. Bunlardan (bu imkanlardan) çox istifadə etməliyik".