Bu görüşdə Ayətullah Xamenei liberal-demokratiya cəbhəsini yalançı adlandıraraq belə buyurdu:
"Bu gün dünyada iki cəbhə arasında qarşıdurma mövcuddur. Bir cəbhə İslam nizamıdır, digər cəbhə isə özünü liberal- demokratiya adlandıran yalançı cəbhə. Halbuki o nə liberaldır, nə də demokrat".

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei Qərbi iddiaları ilə əməlləri bir olmayan adlandırıb belə qeyd etdi:
"Əgər siz liberal və azadlıq tələb edənsinizsə, necə olur ki, #Hindistan kimi çoxmilyonlu bir xalqı yüz ildən artıq müddət ərzində müstəmləkə altında saxlayıb bütün sərvətlərini oradan çıxarıb kasıb bir millətə çevirirsiniz? Budur liberalizm?!"

Fransızların Əlcəzairdə saysız-hesabsız cinayətlərinə toxunan o Həzrət sözlərinə belə davam etdi:
"Fransızlar yüz ildən çox Əlcəzairdə cinayətlər törətmiş və insanları öldürüblər. Bəlkə də bir neçə il ərzində on minlərlə insan qətlə yetirilib. Budur liberalizm?"

Ukrayna müharibəsində onların öz ciblərini doldurmaqdan ötrü bir xalqı həlak etməyə hazır olduqlarını deyən Ayətullah Xamenei belə davam etdi:
"Liberal-demokratiyanın yalançı iddiaçıları Amerika silah şirkətlərinin ciblərini doldurmaqdan ötrü zavallı və pənahsız #Ukrayna xalqı kimi bir xalqı qabağa verməyə hazırdırlar. Onlar döyüşsünlər, öldürünsünlər, nəticədə silahlar satılsın və silah kompaniyalarının cibləri dolsun".

İnqilab Rəhbəri İslam Respublikasının mövqeyini açıqlayaraq belə bəyan etdi:
"İslamdan ilham alan İslam Respublikası nizamı müstəmləkəçiliyə və müxtəlif xalqların mənafeyinə müdaxiləyə qarşıdır".

Allahın dininin moizə ilə həyata keçirilə biləcəyini vurğulayan o Həzrət belə dedi:
"Allahın dini moizədən başqa bir yolla kütlə səviyyəsində düzgün şəkildə həyata keçirilə bilməz".

Hazırkı zamanda təbliğatın üstünlüyünə toxunan İnqilab Rəhbəri belə buyurdu:
"İslam Respublikası qurulandan sonra elmiyyə hövzələrinin vəzifələri arasında təbliğin üstünlüyü ikiqat artmışdır, çünki dinə əsaslanan siyasi nizamın qurulması hegemonların İslamla düşmənçiliyinin artmağına səbəb olmuşdur".

O Həzrət elmdən insanları aldatmaq üçün istifadə edən Qərbdən danışaraq belə qeyd etdi:
"Müxtəlif elmlərdən, o cümlədən psixologiyadan istifadə edən qərblilər yüz faiz yalan mesajları öz müxatəblərinin beyninə həqiqət kimi yeridirlər".