27 iyun 1981-ci il tarixində Ayətullah Əl-Üzma Seyid Əli Xamenei Tehranın cənub bölgəsi olan məhrum məntəqələrdən birində yerləşən Əbuzər məscidinə insanların suallarına cavab verməkdən ötrü moizə etməyə gedirdi.
27 iyun 1981-ci il tarixində Ayətullah Əl-Üzma Seyid Əli Xamenei Tehranın cənub bölgəsi olan məhrum məntəqələrdən birində yerləşən Əbuzər məscidinə insanların suallarına cavab verməkdən ötrü moizə etməyə gedirdi.
O gün İmam Xomeyninin (r.ə) hüzurundan ayrılaraq cəmiyyət arasında yayılmış şübhə və şayiələrə cavab vermək üçün Əbuzər məscidinə getdi.
O Həzrət zöhr namazı qurtardıqdan sonra tribuna çıxdı.
Namaz qılanlar tam nəzmlə düzülmüşdülər. Camaatın yazdığı sualları cavablandırmaq üçün Ayətullah Xameneiyə təqdim etdilər.
İmam Xamenei cənabları söhbəti elə tənzimlədi ki, nəhayət cəmiyyətin verdiyi suallara cavab verə bilsin və sözlərinə belə davam etdi:
"Bu gün insanlar arasında çoxlu şayiələr yayılır və mən onların bəzilərinə cavab vermək istəyirəm".
Maqnitofon ortaboylu bir gəncə çatana qədər izdiham arasında əldən-ələ ötürüldü. O gənc oğlan maqnitofonu tribunanın üstünə və Ayətullah Xameneinin ürək nahiyəsinə yaxın bir məsafədə yerləşdirdi.
Gənc maqnitofonu işə salaraq oradan uzaqlaşdı. Bir dəqiqə sonra maqnitofon fit çalmağa başladı.
O Həzrət "Cənab bu dinamiki tənzimlə",- deyərək bir qədər kənara çəkildi və öz sözlərinə belə davam etdi:
"Əmirəlmöminin dövründə qadınlar təkcə ərəblər arasında deyil, bütün bəşər cəmiyyətlərində zülmə məruz qalmışdılar.
Nə dərs oxumağa, nə cəmiyyət arasında siyasi məsələlərdə məharət tapmağa imkan verirdilər və bunlar mümkün deyildi...".
Elə bu anda maqnitofona yerləşdirilmiş partlayıcı işə düşdü və Ayətullah Xamenei bihuş şəkildə yerə yıxıldı.
O Həzrətin mühafizə xidmətində işləyən şəxs Ayətullah Xameneini xəstəxanaya çatdırır. Həkimlərin o cənabın sağ qalmasına heç bir ümidlərinin olmadığı təqdirdə uzun cərrahiyyə əməliyyatından sonra Allah-təala Ayətullah Xameneini İslam ümmətinə yenidən bəxş etdi və uzun müddətdən sonra öz sağlamlığına geri qayıtdı.
Ayətullah Xamenei özünə gələndən sonra verdiyi ilk sual bu olur ki, mühafizəçilərin vəziyyəti nə yerdədir?
Ağaya cavab verirlər ki, mühafizəçilərin hamısı sağdırlar və ağa yenidən özündən gedir.