Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri cənab İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti bu gün axşam saatlarında 21.06.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb söhbət edib.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə günü axşam saatlarında 21.06.2023-cü il tarixdə Fələstin İslami Müqavimət Hərakatının siyasi ofisinin rəhbəri cənab İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Fələstin məsələsinin irəliləməsinə və Fələstin mömin və cavanlarının məsuliyyət hiss etməsi, həmçinin fərdi və ictimai mübarizə meydanlarına daxil olmaqlarının çox əhəmiyyətli olduğuna işarə edərək təkidlə buyurdu:
"Cenində axır günlərdə baş verən hadisələr və sionist hərbiçilərinin Fələstin cavanlarının vasitəsi ilə mühasirəyə alınması yeni bir səhnənin nümunəsi və kənarında tam bir qələbə olmaqla aydın bir gələcəyin müjdəsidir.
Həzrət Ayətullah Xamenei Fələstin məsələsinin İslam dünyası və İslam ümmətinin ümumi məsələlərinin qəlbi olduğunu bildirdi.
Fələstin məsələsində hər nə qədər irəliləyiş hasil olunsa, İslam ümməti məsələləri də qabağa gedəcəkdir,- deyə Ayətullah Xamenei qeyd etdi.
İnqilab Rəhbəri Qəzzanı müqavimətin mərkəzi adlandırdı və buyurdu:
"Lakin düşməni diz çökdürəcək əsas nöqtə indiyə qədər yaxşı inkişaflar əldə olunan qərbi sahil məntəqəsidir".
İmam Xomeyninin Fələstin müqavimətinə olan dəstəyindən danışan Ayətullah Xamenei belə buyurdu:
"İmam Xomeyninin (r.ə) İslam hərəkatının başlanğıc günündən Fələstini dəstəkləməsi iman və qəlbi əqidə əsasında olmuşdur və İslam Respublikasının dəstəyinin əsası da taktiki gediş və diplomatiyaya deyil, İslam fiqhi və şəriətinə əsaslanır".
Sionistlərin Cənindəki çıxılmaz vəziyyətindən danışan o Həzrət belə buyurdu:
"Kimin ağlına gələrdi ki, bir gün #Cənindəki fələstinli gənclər sionist hərbçilərə qarşı meydanı o qədər daraldacaqlar ki, mübariz gənclərin mühasirəsindən xilas olmaq üçün onlar döyüşçülərdən istifadə etmək məcburiyyətində qalsınlar?"
Ayətullah Xamenei son illərdə Fələstin məsələsinin irəliləməməsinin əsas səbəbinə toxunaraq belə davam etdi:
"Fələstinin şəraiti iki-üç il bundan əvvəlkinə nisbətdə nəzərəçarpacaq qədər fərqlidir. Bu yaxın illərdə Fələstin məsələsinin irəliləməməsinin əsas səbəbi cavanların meydanda olmadıqlarına görə idi, lakin indi cavanlar könüllü şəkildə meydana daxil oldular və burada mühüm bir məqam onların İslama söykənmələridir".