2015-ci ildə Suriyanın Xantuman məntəqəsində şəhid olan hərəm müdafiəsi şəhidi Məcid Qurbanxaninin bacısının əqdi İnqilab Rəhbəri tərəfindən oxundu.
Məcid Qurbanxaninin ailəsi bir neçə başqa hərəm müdafiəsi şəhidlərinin ailələri ilə birlikdə xüsusi qonaq olaraq bu gün 20 iyun çərşənbə axşamı sübh saatlarında və eyni zamanda Zilhiccə ayının əvvəli Həzrət Əli (ə) ilə Həzrət Zəhranın (s.ə) evlilik günündə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneinin qonağı oldular.
Bu görüşdə şəhid ailəsi qızları Zeynəb Qurbanxaninin əqd xütbəsinin İnqilab Rəhbəri tərəfindən oxunmasını istədilər. Bu minvalla İmam Xomeyni hüseyniyyəsi və Həzrət Ayətullah Xameneinin tövsiyələri Zeynəb Qurbanxani ilə Ehsan Ətayinin müştərək həyatlarının başlanğıc məqamı oldu və mehriyyə də 14 qızıl sikkə ilə baş tutdu.
İnqilab Rəhbəri əqd xütbəsi oxunduqdan sonra bu iki gəncin şirin həyat sürməkləri üçün dua etdi: "Birlikdə yola gedin, səfa və sədaqətiniz olsun ki, həyatınız şirin olsun".
Əqd xütbəsi oxunduqdan sonra şəhid Qurbanxaninin atası Həzrət Ayətullah Xameneidən xahiş etdi ki, şəhid anasından qara paltarını əvəz etməyi istəsin. Onun xahişi İnqilab Rəhbəri tərəfindən müsbət qarşılandı. Bizim həqiqətləri görən gözümüz yoxdur və (təkcə) zahiri görürük. Əgər həqiqətləri görən gözlərimiz olsaydı və o biri dünyada şəhidlərin məqamlarını görsəydik, mütləq onlar üçün şadlıq və şənlik edərdik, əzadarlıq etməzdik,- deyə İnqilab Rəhbəri şəhid anasına buyurdu.