Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti 14.06.2023-cü il tarixdə çərşənbə günü axşam saatlarında İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb söhbət edib.
Bu görüşdə İnqilab Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibicənab Ziyad Əl-Nəxaləyə buyurdu:
"Qəzzanın axırıncı döyüşündə İslami Cihadın qələbəsini təbrik edirəm. Sionist rejimin şəraiti 70 il bundan əvvəl ilə müqayisədə çox fərqlidir və düşmən bu gün passiv vəziyyətdədir. Fələstin müqavimət qrupları yolu düzgün tanıdılar və bu yolda tədbirlə irəliləyirlər".
Hədəfə çatmaq üçün xətəri gözə almağı tövsiyə edən Ayətullah Xamenei belə buyurdu:
"Böyük hədəflərdə və işlərdə xətəri gözə almayana qədər hədəflərə çatmaq mümkün olmayacaq. Bu gün Allahın lütfü ilə Fələstin müqavimət qruplarının və #İslami_Cihadın gücü və etibarı günü-gündən artır və #sionist_rejimin 5 günlük müharibədə son məğlubiyyəti bunu təsdiq edir".
Ayətullah Əl-Üzma Xamenei sözlərinin davamında sionist başçılarının bu rejimin 80 illiyini görməyəcəyini vurğulayaraq buyurdu:
"İndi sionist rejim üçün şərait 70 il bundan qabaqkına nisbətən dəyişib və sionist başçılarının haqqı vardır ki, bu rejimin 80 illiyini görməyəcəklərinə görə nigaran olsunlar".
Ayətullah Xamenei sözlərinin yekununda Fələstin müqavimətinin sionistlərlə mübarizə yolunu tapdığına işarə edərək belə buyurdu:
"İslami Cihad və digər Fələstin müqavimət qrupları sionist rejimlə mübarizənin əsas açarını tapıblar. #İordan çayının qərb sahilində müqavimət qruplarının artan gücü sionist düşməni diz çökdürmək üçün açardır və bu yol davam etməlidir".