Camaatın izdihamlı iştirakı ilə baş tutan bu mərasimdə Ayətullah Əl-Üzma Seyid Əli Xamenei buyurdu:
"İmam Xomeyni tariximizin başda gedənlərindən biridir. Heç kəs onu, istər bu gün, istərsə də gələcək əsrlərdə tarixin yaddaşından silə bilməz".

İmam Xomeyninin üç səthdə yaratdığı böyük dəyişikliyi vurğulayan Ayətullah Xamenei belə buyurdu:
"İmam Xomeyni üç böyük dəyişiklik yaratdı. Bunlardan biri İran səviyyəsində, biri İslam ümməti səviyyəsində və biri də ümumdünya səviyyəsində idi. Bu üç dəyişiklikdən heç biri keçmişdə baş verməyib və bəlkə də gələcəkdə də oxşarları olmayacaq".

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei bu inqilabın istibdadı azadlığa çevirdiyini qeyd etdi və buyurdu:
"İmam Xomeyninin yaratdığı İran xalqının İslam İnqilabı dünya hegemonlarının təyin etdiyi, qüdrətlərin müqabilində zəlil olan və İslama zidd bir nizamı (sistemi) meydandan çıxardı və müstəqil, xalqmehvər, milli izzətə söykənən bir nizamı onun yerinə gətirdi. Bu inqilab istibdadı azadlığa çevirdi".

O Həzrət sözlərinin davamında İmam Xomeyninin Fələstin məsələsini İslam dünyasının ilk məsələsinə çevirdiyini söylədi:
"İmam Xomeyni İslami oyanış cərəyanını başlatdı. #Fələstin məsələsi sionistlər və onların havadarlarına görə, bitmiş məsələ sayıldıqdan sonra İmam Xomeyninin İslam ümməti səviyyəsində yaratdığı dəyişikliklə İslam dünyasının ilk məsələsinə çevrildi".

O Həzrət daha sonra öz sözlərinə belə davam etdi:
"İmam Xomeyni dünya miqyasında bir dəyişiklik yaratdı. İmam Xomeyni mənəviyyat fəzasını və mənəviyyata diqqəti dünyada və hətta qeyri-İslami ölkələrdə diriltdi. Mənəviyyat materialist siyasətlərin və mənəviyyata zidd olanların tapdağı altında aradan getmişdi".

İmam Xomeyninin bu dəyişiklikləri iman və ümidlə yaratdığını deyən Ayətullah Xamenei:
"İmam Xomeyninin İslam İnqilabını həyata keçirməkdən ötrü nə pulu, nə təbliğat vasitələri, nə radio, nə də xəbər agentliyi var idi və dünya dövlətlərinin heç biri ona himayət etmirdilər. Ona tarix boyu İranda, İslam ümməti səviyyəsində və dünya səviyyəsində bu dəyişikliyi icad etməyə kömək edən amil iman və ümiddən ibarət idi",- deyə qeyd etdi.