Ayətullah Xamenei bu görüşdə belə buyurdu:
"İran və Türkmənistan həm də qohum ölkələrdir. İki ölkə arasında mövcud olan geniş mədəni müştərək əlaqələr, xüsusilə enerji və yol sahəsində əlaqələrin genişlənməsi üçün mühüm zəmin yaradıb".

İran və Türkmənistan arasında olan fürsətlərdən danışan Ayətullah Xamenei sözlərinə belə davam etdi:
"İranın Yol Nazirliyi Türkmənistan Xalq Məsləhət Şurası rəhbərinin İran və Türkmənistan sərhədindən Xəzər dənizinə qədər avtomobil yolunun çəkilməsi üçün iranlı mütəxəssislərin və ekspertlərin iştirakı ilə bağlı etdikləri müraciətini yerinə yetirmək qüdrətinə malikdir".

Şimaldan cənuba olan tranzit yolunun əhəmiyyətini vurğulayan o Həzrət belə qeyd etdi
"Dünya iqtisadiyyatında quru və qatar yolu əlaqələrinin əhəmiyyətli olduğunu nəzərə alaraq, biz şimal və cənub tranzit yolunun tamamlanmasında qərarlıyıq və bu yol İran, Türkmənistan və ətraf ölkələri Oman dənizinə birləşdirə bilər".