Bu görüşdə Ayətullah Xamenei İranla Oman əlaqələrinin bütün sahələrdə genişlənməsinin hər iki ölkənin xeyrinə olmasını vurğulayaraq buyurub:
"Biz inanırıq ki, İran və Oman arasında əlaqələrin bütün sahələrdə genişlənməsi hər iki ölkənin xeyrinədir. İki ölkə arasındakı əməkdaşlığın artırılması çox önəmlidir, çünki hər iki ölkə çox əhəmiyyətli su yolu olan Hörmüz boğazında ortaqdırlar".

Sionist rejim və havadarlarının siyasətinin Qərbi Asiyada ixtilaf yaratmaq olduğunu qeyd edən Ayətullah Xamenei belə buyurdu:
"Sionist rejim və onun havadarlarının siyasəti Qərbi Asiyada ixtilafın mövcudluğu və asayişin olmamasıdır. Bütün region ölkələri bu məsələyə diqqət yetirməlidir".

Misirin İranla əlaqələri bərpa etməsini dəstəkləyən o Həzrət belə buyurdu:
"Biz Misirin İran İslam Respublikası ilə əlaqələri bərpa etmək istəyini dəstəkləyirik və bununla bağlı heç bir problemimiz yoxdur".

Ayətullah Xamenei İranın Ərəbistanla yeni əlaqələr yaratması məsələsini Rəisi dövlətinin uğurlu siyasətinin nəticəsi bilib belə buyurdu:
"İran və Ərəbistan arasında yeni əlaqələrin yaradılması kimi məsələlər cənab Rəisi dövlətinin region və qonşu ölkələr arasındakı əlaqələrin genişlənməsi və möhkəmlənməsi üçün irəli sürdüyü uğurlu siyasətin nəticəsidir".

Ayətullah Xamenei söhbətinin davamında İslam dövlətlərinin əlaqələrinin genişləndirilməsini bütün İslam ümmətinin xeyrinə olduğunu bildirdi:
"Ümid edirəm ki, İslam ümməti dövlətlər arasındakı əlaqələrin genişləndirilməsi ilə öz şövkət və əzəmətini yenidən ələ gətirər və bütün imkan və potensialların bir arada yer alması bütün millətlərin, ölkələrin və İslam dövlətlərinin xeyrinə olar".