İran İslam Respublikasının xarici işlər naziri və nazirliyin yüksək səviyyəli müdirləri, səfirlər və xaricdəki nümayəndəliklərinin rəhbərləri 20.05.2023-cü il tarixində İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Bu görüşdə yeni dünya düzəni üçün İranın etməli olduğu mühüm işlərə toxunan Ayətullah Xamenei belə buyurub:
"Dünya düzəninin dəyişilməsi tam bir enişli-yoxuşlu və həmçinin qabaqcadan ehtimal olunmayan hadisələrdən təsirlənən bir prosesdir. İranın yeni dünya düzənində münasib yerinin olmağı üçün dünyada baş verən hadisələrə nəzarət və düzgün təhlil etmək və pərdə arxasında olan hadisələrdən dəqiq məlumatlanmaq çox mühümdür. Bu nəzarət əsasında praktiki təkliflərin ələ gətirilməsi gərəklidir".
Həzrət Ayətullah Xamenei İranın bütün İslam ölkələri ilə rabitə yaratmasının çox əhəmiyyətli olduğuna toxunaraq buyurdu:
"İstər bizimlə yaxın rabitədə olmayan, istərsə də bizimlə eyni istiqamətli və həmfikir olan İslam ölkələri ilə rabitə yaratmaq siyasəti mühümdür. Bu gün dünyanın mühüm və böyük ölkələrinin İranla əməkdaşlıq etməsi beynəlxalq əsli siyasi xətlərdə görünməmiş bir hadisədir və bu rabitələrin gücləndirilməsi gərəkdir".
Məntəqədə hüzuru olan sionist rejimin zəiflədilməsi Ayətullah Xameneinin toxunduğu digər məsələlərdən biri idi:
"Bu gün sionist rejim məntəqə üzrə bir çox cəhətdən bizim üçün təhlükəli mərkəzdir. Xarici Siyasət üzrə Orqan ölkə üçün təhlükəli olan sionist rejim kimi mərkəzləri zəiflətməyi bacarmalıdır".
O Həzrət sözünün davamında bütün məsələlərdə əsas prinsiplərə söykənərək hərəkət etməyi zəruri hesab edib qeyd etdi:
"Bütün qlobal məsələlərdə, istər söz və əməlimizdə, istərsə də başqalarının hərəkətləri ilə qarşılaşdığımızda izzətlə və prinsiplərə söykənərək hərəkət edirik".