Allah evinin ziyarətçilərinin vəhy diyarına göndərilməsi ərəfəsində Həcc ziyarəti məsullarının 17 may 2023-cü il çərşənbə günü səhər saatlarında Ayətullah Xamenei ilə görüşləri olub.
Bu görüşdə Ayətullah Əl-Üzma Seyid Əli Xamenei Həcc ziyarətinin nədən ibarət olduğuna toxunaraq buyurdu:
"Həcc ziyarətində iştirak etməyin hədəfi nədir? İslam ümmətinin vəhdəti və həmçinin ümmətin bütün üzvlərinin qəlblərinin bir-birilərinə yaxınlaşmasıdır. Nəyin müqabilində? Küfr, zülm, hegemonlar, bəşəri və qeyri- bəşəri bütlər, habelə İslamın aradan aparmaq istədiyi hər bir şeyin müqabilində".
O Həzrət sözünün davamında Həcc mərasiminin heç bir ayrı-seçkiliyi qəbul etmədiyini vurğuladı:
"İslam Həcc mərasimi ilə dünyada mövcud olan irqi və coğrafi ayrı-seçkilikləri qəbul etmədiyini göstərir. Bu gün Qərb sivilizasiyası iddiasında olan ölkələr ağ ya qara dərili, Avropa ya qeyri-Avropa irqi məsələsində ilişib qalıblar. Minlərlə mühacirlərin dənizdə boğulmaqları veclərinə belə deyil. Ev heyvanlarına qonşuluqlarında yaşayan qəribdən daha çox əhəmiyyət verirlər".
İslamda irqi ayrı-seçkiliyin olmadığını qeyd edən Ayətullah Xamenei öz sözlərinə belə davam etdi:
"İslam əməldə irqlər arasında ayrı-seçkiliyin olmadığına qaildir. Həcdə ağ dərili də, qara dərili də iştirak edir. Dünyanın müxtəlif yerlərindən, dünyanın müxtəlif sivilizasiyalarından müxtəlif tarixi köklərlərlə hamısı bir-birlərinin kənarında iştirak edirlər. Bu, Həccin sirlərindəndir".
O Həzrət İslam İnqilabının qələbəsini vacib olan Həcc mərasiminin imkanlarının nisbi tanınması və dirçəlməsinə səbəb olduğunu buyuraraq belə əlavə etdi:
"Bütün bu imkanların dirçəlməsi üçün çalışmaq lazımdır ki, Həccin əsas məqsədlərini həyata keçirmək yolunda istifadə olunsun".
Bu görüşün əvvəlində Vəliyyi-Fəqihin Həcc və ziyarət işləri üzrə nümayəndəsi Höccətül-İslam vəl-Müslimin Seyid Əbdülfəttah Nəvvab bu il Həccin şüarının "Həcc, Qurani yenilik, islami vəhdət və Qüdsün müdafiəsi" olduğunu açıqladı.