Bu görüşdə Ayətullah Xamenei Şəhid Mütəhhəridə olan bəzi xüsusiyyətlərə işarə edərək

"Mərhum Ayətullah Mütəhhəri sözün əsl mənasında müəllim idi. Elm, öhdəçilik, işləri axıra kimi təqib etmək və nizam-intizam bu böyük insanın müsbət xüsusiyyətlərindən idi",- buyurmuşdur.

Korona məsələsinin təhsil sisteminə zərər vurduğunu deyən Ayətullah Xamenei sözlərinə belə davam etdi:

"Korona və virtual təhsil məsələsi təhsildə geriləməyə səbəb oldu. Şagirdlərin dərsləri öyrənmək və dinləməklə yanaşı, təhsil mühitində və həmyaşıdları arasında iştirak etməyə ehtiyacları var. Bu iştirak güclənməyə səbəb olur və məktəbdə iştirak gərəkli bir işdir".

O Həzrət müəllim-şagird münasibətlərinə toxunaraq buyurdu:

"Müəllim şagirdə öz övladı kimi baxmalıdır. Siz müəllimlər oğul və qızlarınız üçün nə arzularınız varsa, şagirdləriniz üçün də eyni şeyləri istəyin".

Ölkənin inkişafında müəllimlərin xüsusi roluna işarə edən Ayətullah Xamenei belə qeyd etmişdir:

"Biz ölkənin hərtərəfli inkişafının ardıncayıq. Müəllimlərin və təhsil sisteminin köməyi olmadan tərəqqinin çətin mərhələlərindən keçmək mümkün deyil".

Müəllimin şagirdə aşılamağı zəruri olan məsələlərə toxunan Ayətullah Xamenei sözlərini belə davam edib:

"Biz ölkənin uşaqlarında iranlı olmaq, İslami və milli kimliyi dirçəltməliyik. Dil, milliyyət, bayraq məsələsi əsas və mühüm məsələlərdən biridir. Şagird qürur duyduğu iranlı olmağı ilə fəxr etməlidir".

O Həzrət müəllimlərin ölkə gələcəyinin memarı olmasını xatırladaraq belə vurğuladı:

"Birinci məsələ müəllim cameəsinə təşəkkür etməkdir. Bu İslam və İslam hökumətinin adsız əsgərləri ölkənin ucqar nöqtələrində səssiz-səmirsiz iş və cihadla məşğuldurlar. Millətin balalarını bu müəllim cameəsi tərbiyələndirir. Müəllim həqiqətdə ölkə gələcəyinin memarıdır. Bu gün sizlər ölkənin sabahını qurursunuz".

Ayətullah Xamenei sözlərinin axırında məktəblərdə görülməli olan işləri xatırlatmışdır:

"Məktəblərdə cəlbedici tərbiyə işləri aparılmalıdır. Milli kimliyi və vətənə sevgini gücləndirmək, dövlət bayrağını möhkəmləndirmək, İslami həyat tərzini öyrətmək bizim görməli olduğumuz ən mühüm işlərdəndir".