Bu görüşdə Ayətullah Xamenei İraqın inkişafına işarə edərək

"#İraqın tərəqqisi, firavanlığı, müstəqilliyi və dirçəlişi #İran İslam Respublikası üçün çox önəmlidir. İkitərəfli əməkdaşlığın genişləndirilməsi, razılaşmaların həyata keçirilməsi hər iki ölkənin marağındadır",- buyurmuşdur. 

Bu iki ölkə arasında olan tarixi və etiqadi bağlılığa işarə edən Ayətullah Xamenei

"İran və İraq arasında əlaqələrin genişləndirilməsi və dərinləşməsinə görə (bu iki ölkənin) güclü düşmənləri vardır və əgər bu iki ölkənin möhkəm tarixi və etiqadi bağlılıqları olmsaydı, bu əlaqələrin vəziyyəti, bəlkə də, Səddam rejiminin zamanına qayıdardı",- belə buyurdu.

Ayətullah Xamenei söhbətinin davamında Amerikalıların heç kimlə dostluğunun olmadığını qeyd etmişdir:

"Amerikalılar İraqın dostu deyildir. Amerikalılar heç kimlə dost deyil, hətta avropalı dostlarına da sadiq deyillər. İraqda bir amerikalının varlığı belə çoxdur".

Ayətullah Xamenei ruhiyyəli cavanların və vəhdətin olmasının ölkə üçün zəruri amil olduğunu vurğulayaraq

"İraq hökumətinin hazırkı vəziyyəti İraq xalqı və qruplarının birliyi nəticəsindədir. İraqın yaxşı şəxsiyyətləri və düşüncəli insanları, həmçinin yüksək fəaliyyətli və yüksək ruhiyyəli cavanları kimi milli sərvətləri vardır, bunları qoruyub saxlamalı və bu birlik üçün zəmin yaratmalıdır",- belə buyurdu.